Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Cəhri kimi kənd RƏSMƏN BOŞALDILIR...
Əsas Səhifə > Manşet, Sosial > Cəhri kimi kənd RƏSMƏN BOŞALDILIR...

Cəhri kimi kənd RƏSMƏN BOŞALDILIR...


29-04-2025, 10:06
Cəhri kimi kənd RƏSMƏN BOŞALDILIR...
"Elə bil kimsə bunu qəsddən edir. Naxçıvanda susuzluq problemi çox ciddidir. Keçən dəfə də yazmışdınız, amma bilmirsiniz ki, bu gün, Məsələn Naxçıvanın Cəhri kimi kəndi məhz içməli suyun dərdindən boşalır". "DİA-AZ" bildirir ki, bu barədə Naxçıvandan edilən müraciətdə deyilir.

Babək rayonu Cəhri kənd sakinləri yazır ki, Sovetlər Birliyi dağıldıqdan sonra sanki məqsədli şəkildə Naxçıvanın ayrı-ayrı yerlərdəki su ehtiyatlarına, ambarlara, bulaqlara hücumlar olundu. "Hamı içməli suyu dədə malı kimi mənimsədi" deyən sakinlər daha sonra yazır:

"Naxçıvanda SSRİ-dən sonra idarə və zavodlar kimi göllər, su hovuzları da dağıdıldı. İndi də camaat əziyyətini çəkir.

Cəhriyə gəlincə isə burda vəziyyət daha acınacaqlıdır. Elə bil kimsə Cəhrini qəsddən boşaldır.

İçməli suyun olmaması səbəbindən camaat kəndi tərk edir".

Sakinlər iddia edir ki, artıq pulla su almaqdan da yorulublar...

Geri qayıt