Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Abşeron RMX-nın direktoru bacısını baş həkim təyin edib?
Əsas Səhifə > Manşet, Güney Press > Abşeron RMX-nın direktoru bacısını baş həkim təyin edib?

Abşeron RMX-nın direktoru bacısını baş həkim təyin edib?


28-04-2025, 19:24
Abşeron RMX-nın direktoru bacısını baş həkim təyin edib?
Abşeron Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Səkinə Sadıxovanın öz bacısı Sədaqət Əfəndini Masazır Ailə Sağlamlıq Mərkəzinə baş həkim təyin etməsinə dair iddialar yayılıb. Qeyd edək ki, Sumqayıt tibb Mərkəzinin direktoru və TƏBİB rəhbərinin müşaviri işləmiş Səkinə Sadıxova bu sahədə tanınan personadır. Onun haqqında zaman-zaman müxtəlif xarakterli xəbərlər mediada dərc olunub.

KONKRET.az yayılan bu iddia ilə bağlı dəqiqləşdirmə aparmaq üçün Abşeron RMX-nın İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Gülnar Seyidova ilə əlaqə saxlayıb.

Bölmə müdiri sorğumuza cavab veriləcəyini bildirsə də, bu saatadək heç bir cavab verməyib. Öncə tədbirdə olduqlarını, işə qayıtdıqdan sonra cavab verəcəklərini vurğulayıb, ardınca isə telefon zənglərimizi açmayıb. Whatsap mesajlarımız da cavablandırılmayıb.
Geri qayıt