Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Ölkə, Sosial > Müdafiə Nazirliyində BÖYÜK YEYİNTİ ŞÜBHƏSİ...
Müdafiə Nazirliyində BÖYÜK YEYİNTİ ŞÜBHƏSİ...25-04-2025, 10:40 |
![]() Xəbər verdiyimiz kimi, dünən müraciət edən bir qrup hərbçi “4 aydır cənab Prezidentin fərmanını yerinə yetirə bilmirlərsə, büdcədən ayrılan 8 milyard hara gedir?!”, - deyərək maaşlarının hələ də artırılmamasına etiraz edirdilər. Onlar bildirirdilər ki, Prezident İlham Əliyevin 27 yanvar 2025-ci il tarixli fərmanı ilə hərbi qulluqçuların maaşı 10 faiz artırılsa da, 4 aydır bu artım Müdafiə Nazirliyinin hərbçilərinə şamil olunmur. "DİA-AZ" xəbər verir ki, hərbçilər Prezidentin tapşırığının 4 aydır icra olunmamasına etiraz edirlər: “Yanvarda Cənab Prezidentin verdiyimi sərəncama əsasən, hərbi qulluqçuların əmək haqları 10 faiz artmalı idi. Lakin hələ maaşlarımızda heç bir dəyişiklik edilməyib. Üstəlik, 3 ay bundan qabaq məzuniyyətə çıxsaq da, məzuniyyət pullarımız indyədək karta vurulmayıb. Onu da qeyd edək ki, bu işdə bəzi qaranlıq qalan məqamlar da var. Deməli, zabit heyətinə hər ay “paket pulu” vurulur, amma bu, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçulara şamil olunmur. Sabah müharibə olsa, bizləri geridə saxlayacaqlar? Yoxsa, müharibədə iştirak etməyəcəyik? Müharibə dövründə də hər vəzifədən olan əsgərlərimiz şəhid oldu. Belə ayrı-seçkilik salmaq heç düzgün deyil”. Bu gün "DİA-AZ"a müraciət edən hərbçilər də eyni problemi diqqətə çatdırırlar. Onların müraciətində deyilir: "Müdafiə Nazirliyində nə qədər maliyyəçi varsa hamısını həbs etmək lazımdır. Neçəsi həbs olunub, yenə də ağılları başlarına gəlməyib. MN maliyyəçilərindən nə zaman soruşursan, "büdcədə pul yoxdur deyə, maaşlar vurulmur... maddi yardım və məzuniyyət pulu vurulmur" cavabını verirlər. Yaxşı, o zaman büdcədə pul yoxdursa sən hərbi hissə komandirinə 3 min manat, "kombat"a 1600 manat PAKET PULU hardan qaynaqlanır? Neçə il bundan əvvəl hərbçilərin ərzaq pulu da KAĞIZ ÜZƏRİNDƏ artırıldı... amma bu günə qədər həmin pulu alan olmayıb. Deməli, mənimsənilir.. İndi də Nəcməddin Sadıxov yoxdur ki... İndi kimdir müqəssir?" Məsələ diqqətimizdədir... Geri qayıt |