Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Bu kəndə qonaq gələndə hədiyyə kimi SU GƏTİRİR...
Əsas Səhifə > Manşet, Cəmiyyət > Bu kəndə qonaq gələndə hədiyyə kimi SU GƏTİRİR...

Bu kəndə qonaq gələndə hədiyyə kimi SU GƏTİRİR...


23-04-2025, 10:32
Bu kəndə qonaq gələndə hədiyyə kimi SU GƏTİRİR...
Culfa rayonunun Dizə kəndinin Sovet dövründən qalmış içməli su problemi hələ də həll olunmayıb. Kənd sakinləri su ehtiyacını qrunt suları hesabına ödəyirlər. Lakin bu suyu da hər gün tapmaq mümkün deyil. Kəndin kənarında qrunt sularının toplanması üçün tikilən hovuz həftədə iki dəfə istifadəyə verilir. Bu kənddə su əldə etmək üçün quyu qazmaq da işə yaramır. Çünki ya su çıxmır, ya da çıxan su şor və içməyə yararlı olmur.
Sakinlər “Gündəlik Naxçıvan”a bildirirlər ki, bəzən qrunt suyunu belə həftələrlə vermirlər. Bu səbəbdən onlar taksi tutub, ətraf kəndlərdən su gətirməyə məcbur olurlar:
“Kəndin içməli su problemi həmişə olub. Sovet dövründə çoxsaylı şikayətlərdən sonra içməli su layihəsi hazırlanmışdı. Lakin, imperiya dağıldı, bu layihə də unuduldu. Düşündük ki, müstəqil dövlətimiz oturuşar, bu problem həll olunar. Lakin, 30 ildir bizimlə maraqlanan yoxdur. Kəndin kənarında bir hovuz tikiblər. Yağış, qurunt suları ilə doldurub bizə verirlər. Bu da bəzən həftələrlə olmur. İllərdir kənardan içməli su daşıyırıq. İnsanların çoxu hələ də çimmək üçün Culfa şəhərinə ya da yaxın kəndlərdə yaşayan qohumlarına gedir. İllərdir abadlıq-quruculuq işlərinə milyardlarla pul sərf olunub. Bu kəndə yaşayan əhalini içməli su ilə təmin etməyə pul tapılmır.”
Sakinlər qeyd edirlər ki, taksi tutub su gətirmək imkanı olmayanlar, quyulardan çıxan şor sudan istifadə edirlər:
“Artıq bədənimiz şor suya alışıb. Bizə başqa yerdən qonaq gələndə hədiyyə kimi şirin su gətirirlər. Bu bizim üçün bütün hədiyyələrdən dəyərlidir.”
Sakinlər ümid edirlər ki, məsələ ictimailəşdikdən sonra nəhayət ki, Dizə kəndinin su problemi aidiyyəti orqanların yadına düşəcək və tezliklə öz həllini tapacaq.

Geri qayıt