Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Vasif Talıbovun təbliğatı aparılır?
Əsas Səhifə > Manşet, Gündəm > Vasif Talıbovun təbliğatı aparılır?

Vasif Talıbovun təbliğatı aparılır?


21-04-2025, 08:18
Vasif Talıbovun təbliğatı aparılır?
Son günlər sosial şəbəkələrdə Naxçıvan sakinləri arasında yeni bir polemika müşahidə olunmaqdadır. "DİA-AZ" xəbər verir ki, burada söhbət Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovla Naxçıvanın hazırki rəhbərliyi - Prezidentin Naxçıvan MR-da xüsusi nümayəndəsi Fuad Nəcəflinin müqayisə olunmasından, onların dövrlərindəki sosial durumun qarşılaşdırılmasından gedir.

Əslində bütün bunlar normaldır. Amma burada hiss olunan digər bir məqamsa aşkar şəkildə məqsədli olaraq Vasif Talıbovun təbliğatının aparılmasıdır. Bu barədə "DİA-AZ"a müraciət edən Naxçıvan sakinləri qeyd edirlər ki, onlar Vasif Talıbov dövrünə hez qayıtmaq istəmirlər.

"Bu gün əgər biz Fuad Nəcəflinin yarıltmazlığından danışırıqsa, bu o demək deyil ki, Vasif Talıbov dövrünə qayıtmaq istəyirik" deyə fikirlərini vurğulayan sakinlər iki pis arasında seçim etmək zorunda qaldıqlarını və buna qarşı olduqlarını qeyd edirlər.

Müraciətdə daha sonra deyilir: "Fuad Nəcəfli gələndən sonra Naxçıvanda köklü dəyişiklik olmadı. İşsizlik öz reytinqini qoruyur. Aviabilet problemi olduğu kimi qalıb. Qullar həmişəki kimi ağa üçün darıxırlar. Müsbət cəhət odur ki, kimsə iş qurmaq istəyəndə ona süni əngəl yaradılmır Vasifin vaxtında olduğu kimi. Mənfi cəhət odur ki, təməlini Talıbov qoyduğu lazımsız iməcliklər, töycülər, biyarlar davam edir, Naxçıvandan insan köçünün qarşısını almaq isə mümkün deyil.

Bütün bunlara görə biz Fuad Nəcəflini ittiham ediriksə, o demək deyil ki Vasif Talıbov yaxşıdır..."

Geri qayıt