Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Ölkə > "Dövlət... inşallah, öz sözünü deyəcək..."
"Dövlət... inşallah, öz sözünü deyəcək..."19-04-2025, 11:45 |
![]() "UNEC "nəzdində" Sosial-iqtisadi kollecinin başının üstündən duman əskilmir ki, əskilmir. Bu dəfə kollecin Monitorinq və Qiymətləndirmə şöbəsi əməkdaşlarının xidməti otaqlarında yanğın baş verib. Yanğın aprelin 6-da bazar günü olub. Təsadüfən direktor özünü çatdırıb və digər əhəmiyyətsiz sənədlərin yanmasının qarşısını alıb. Amma yanan sənədlər "təsadüfən" çox əhəmiyyətli sənədlər olub..." "DİA-AZ" xəbər verir ki, bunu bir neçə gün əvvəl öz etiraz dolu müraciətində oranın müəllimi, Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlı qeyd edib. O daha sonra bunları qeyd etmişdi: "Məsələn, kəsir imtahanı verən uşaqların siyahısı, ərizələri, ödəniş qəbizləri və.s olan qovluq yanıb. Rəsmi mövqe belədir ki, ilk baharın günəşı bazar günü çox yandırıcı olub. Pəncərədən günəşin şüası düşüb güzgünün üstünə nətər bərq vurubsa kəsilən uşaqların siyahısı olan qovluq həngamiyə dözə bilməyib və alışıb-yanıb. Bu zaman direktor və kollecin yeni təsərrüfat müdiri sayıqlığı itirməyiblər, daha böyük "itkinin" qarşısını alıblar. Ayıbdı, vallah bu milləti əməli-başlı dolamaqdı. Sanki təhsil müəssisində deyil, "JEK"-in anbarından bəhs edirik". "DİA-AZ" bildirir ki, amma bu iddialar qarşı tərəfdən inkar olundu. Bu gün isə Q.Muxtarlı dediklərinin isbatı kimi fotodəlillər təqdim edərək aşağıdakıları qeyd edib: ![]() ![]() ![]() ![]() ![]() "Buyurun, buda yanan sənədlərin yanıq qalıqları. Bəs sosial şəbəkədə mənim kollecdə mühüm sənədlərin yanmasına dair yazımdan sonra deyirdiniz ki, heç bir yanğşn olmayıb? Bu məsələlərin araşıdırmasına məsul olub UNEC nəzdində Sosial- İqtisadi kollecə səyyari gəlib-gedişlər edən, gücü ancaq həqiqəti söyləyib qanunsuz əməllərin qarşısını almaqda fədakarlıq göstərən müəllim və əməkdaşları qorxutmaq olan, Qələndər Muxtarlı güya “qərəzindən” belə edir deyənlər, baş verən konkret korrupsiya əməllərini, qanunsuzluqları, bax elə bu yanğının hansı səbəbdən baş verdiyini araşdırmalı olan “səlahiyyətlilər ” buyurun. Bu yanıq vərəqələrində görünən qruplarda mən dərs demişəm. İndi nə deyəcəksiniz? Amma mənim bir sualım yaranıb. -Dünyanın ən antidemokratik ölkələrində belə təhsil sistemi qruplaşmalardan, mafiya qaydalarından uzaq tutulub. Cünki millətin gələcəyi olan təhsilə əl uzatmaya vicdanları yol verməyib. Amma bu mübarək vətəndə ortaya hər şeyi açıb qoyuruq, bu əməlləri törədən, kollecin büdcəsini talayan qalıb kənarda, fədakarlıq edənlərin üzərinə gəlirsiniz. Heç olmasan Azərbaycan təhsilinin dünyada üzünü ağ edən Azərbaycan Dövlət İqtisad Universitetinin illərlə çəkdiyi zəhməti nəzərə alın. Azərbaycanın təhsil ekspertləri, sizləri şok edəcək bir müraciətimi gözləyin.! Təhsilə, millətin gələcəyinə məsuliyyət daşıyan bəzi qrumlar öz konsitutsion mahiyyətini itiribdir bunu da biləsiniz. Dövlət... inşallah, öz sözünü deyəcək..." Geri qayıt |