Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Hadisə > İstefa verməli məmurlar ONLARDIR!
İstefa verməli məmurlar ONLARDIR!17-04-2025, 08:44 |
![]() Dünəndən hamı icra hakimiyyətini tədbirsizlikdə ittiham edərək söyür. Hətta Eldar Əzizovu istefaya da çağırdılar. Amma bu zaman belə səmimi ola bilmədik. Sanki məqsədli şəkildə, özümüz də iştirak edərək gerçək səbəbkarı... günahdırsa, günahkarı... suçdursa, suçlunu gizlətdik. Kimsə demədi ki, ay möhtərəm və möhtəşəm Zaur Mikayılov cənabları... Neçə ildir o postdasan? Hələ səlahiyyətlərin də sərhədsizdir. İndi nə Əhməd Əhmədzadə var, nə də Qorxmaz Hüseynov... İkisinin də əvəzinə sən varsan. Hətta FHN-in də suya aid səlahiyyətlərini sənə verdilər. Hələ dərdinə ağlaya bilmədiyimiz rayonlar bir kənara... Hanı bu paytaxtın ALT YAPISI? Hanı yağış suları üçün drenajlar, arxlar, ayrıca kanalizasiya xətləri? Zaur Mikayılov bu boyda sistemi "Bravo"nün bir marketi kimi idarə edir. Ancaq yeməyi bilir. Adam bacarmır da... Bacarmadı da... Bəlkə bu işi bilən mütəxəssis tapıb gətirək... Lap elə xaricdən gətirək... Amma problemimiz həll olunsun... Daha hər yağış ərəfəsi dizlərimiz əsir, ürəyimiz vahimələnir. Niyə belə olmalıdır ki? Diqqət yetirin, camaat icra hakimiyyəti orqanlarını söyür... ittiham edir... Zaur Mikayılov da bir köşəyə çəkilib "gücləndirilmiş iş rejiminə keçmişik" deməklə işini bitmiş hesab edir. Elə bil mənə bu da hansısa bankın filialıdır, ya ASAN xidmətdir... nədir... Necə ki, bu təbii fəlakətin fəsadlarını önləyən polis qardaşlarımızı öndə gördüm, halbuki gözlər FHN-ni axtarırdı, eləcə də Zaur Mikayılovun əvəzinə icra başçıları söyüldü. İstefaya getməli adam məncə yarıtmaz Zaur Mikayılov və haldan düşmüş Kəmaləddin Heydərovdur. Biri çörək satan... biri də sizin "çörək verəniniz"... Məhəmməd ƏRSOY - "DİA-AZ" Geri qayıt |