Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Dedi ki, Fuad Nəcəfli ilə ortağam, ona da hesab verirəm, ona görə də un bir az bahadır..."
Əsas Səhifə > Manşet, Ölkə > "Dedi ki, Fuad Nəcəfli ilə ortağam, ona da hesab verirəm, ona görə də un bir az bahadır..."

"Dedi ki, Fuad Nəcəfli ilə ortağam, ona da hesab verirəm, ona görə də un bir az bahadır..."


15-04-2025, 10:40
"Dedi ki, Fuad Nəcəfli ilə ortağam, ona da hesab verirəm, ona görə də un bir az bahadır..."
Culfa rayonunun un monopoliyasına nəzarət edən prokuroru Afət Kərimli sahibkarlara hədə-qorxu gələrək, onları öz məhsulunu almağa məcbur edir. Bu haqda “Gündəlik Naxçıvan”a çörək istehsalı ilə məşğul olan bir qrup sahibkar məlumat verib. Sahibkarların sözlərinə görə, prokuror hər ayın əvvəli onlara 100-150 kisə un göndərir və ayın sonunda pulları tələb edir.
Bu tələblərə imtina edən sahibkarlar, ya sexin bağlanması, ya da həbs ilə hədələnirlər. Məcburiyyət qarşısında qalan sahibkarlar, prokurorun baha və keyfiyyətsiz ununu almağa məcbur olurlar.
Sahibkarlardan biri, B.N. bildirir ki, prokuror unu Bakıdan gətirir:
“Biz artıq bilmirik, bu prokurordur, yoxsa biznesmen. Hər ayın əvvəli xəbərdarlıq etmədən hər sexə uyğun un göndərir. Dəqiq bilir ki, hər sex bir ayda nə qədər un işlədir. Mənə hər ay 80 kisə göndərir, sonra adam göndərib pulları yığır. Onun payladığı un baha və keyfiyyətsizdir. Əvvəl aldığımız un daha ucuz və keyfiyyətli idi. O, bu işə başlayanda mənə zəng edib dedi ki, ya məndən alacaqsan, ya da sexinə bir şeylər atacaq və səni həbs etdirəcəyəm. Mən də məcbur olub, razılaşdım.”
Digər sahibkar, F.C. isə unun ona zorla satıldığını bildirir:
“Dedi ki, Fuad Nəcəfli ilə ortağam, ona da hesab verirəm, ona görə də un bir az bahadır. Mən almaq istəmirdim. Dedi ki, məndən almasan, Qida Təhlükəsizliyi Agentliyini göndərəcəyəm, sexi bağlayacaqlar. Məcbur razılaşdım. Mən tək deyiləm, rayon mərkəzi və kəndlərdəki bütün un sexlərinə Afət müəllim un satır. İmtina edənlər isə müxtəlif yollarla hədələnirlər.”

Geri qayıt