Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Hadisə > Eldar Mahmudov və Vüsal Novruzov Böyük Britaniyadakı mülklərini təcili satır, səbəb...
Eldar Mahmudov və Vüsal Novruzov Böyük Britaniyadakı mülklərini təcili satır, səbəb...15-04-2025, 08:26 |
![]() "Sabiq MTN şefi Eldar Mahmudov və Bakı Şəhər Baş Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzov Böyük Britaniyadakı mülklərini təcili satışa çıxarıb". "DİA-AZ" xəbər verir ki, bu barədə redaksiyamıza göndərilən məqalədə deyilir. Məqalədə həmçinin bildirilir: "Vaxtiylə büdcədən çırpışdırdıqları pullarla Avropanı yenidən “fəth edən”, bu coğrafiyada, eləcə də Böyük Britaniyada dəyəri milyonlarla hesablanan mülklər alan hər iki şəxs, dəyişən dünya nizamına uyğun olaraq öz bizneslərinin idarə edilməsində də bəzi dəyişikliklər etməkdədir. Bu dəyişikliklərdən biri də vaxtiylə Böyük Britaniyada aldıqları mülkləri satmaq, həmin vəsaiti Avropanın digər dövləltərində daşınmaz əmlak sektoruna yatırmaqdır. Eldar Mahmudov və Vüsal Novruzovun Britaniyadakı mülklərini satmasına səbəb isə London hökumətinin oğurluq pullara qarşı mübarizə tədbirlərini daha da sərtləşdirməsidir. Son iki ildə içərisində azərbaycanlı sabiq məmurlar, onların ailə üzvləri də olmaqla, dünyanın onlarla ölkəsindən xeyli sayda məmurun Britaniyadakı mülklərinə həbs qoyan London hökuməti, bu mülkləri Britaniya dövlətinin xeyrinə müsadirə etməkdədir. Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin həyat yodlaşı Zamirə Hacıyevanın Londondakı malikanəsinin, o cümlədən qolf meydançasının müsadirəsi Britaniya hökumətinin bu məsələdəki prinsipaillığından xəbər verir. Bu səbəbdən də Eldar Mahmudov və Vüsal Novruzov Britaniyadakı mülklərini satmaqla əmlak və pul itkisindən sığortalanmağa çalışır. Onlar hesab edir ki, indiki şəraitdə Britaniya ilə müqayisədə Avropanın digər dövlətləri onların pul və biznesləri üçün daha təhlükəsizdir. Təbii, sabiq məmurlarımızın Britaniyadakı mülklərini müsadirədən xilas etməsi milli maraqlarımız baxımından da arzuedilən ola bilər. Bir şərtlə ki, bu mülklərin satışından əldə edilən vəsait Azərbaycanımızın, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının çiçəklənməsinə sərf edilsin. Hər halda Azərbaycan hamımız kimi Eldar Mahmudov və Vüsal Novruzovun da vətənidir və onlar öz lüks yaşamlarını bu vətənin pulları hesabına təmin ediblər. Belə olan halda həmin vəsaitin bir qisminin vətənimizin abadlaşmasına sərf olunmasından daha təbii, daha məntiqli heç nə yoxdur!.." Geri qayıt |