Əsas Səhifə > Manşet / Güney Press > NEFTÇİ BİLMƏK İSTƏYİR: HANSI DAHA QİYMƏTLİDİR... İNSAN HƏYATI... YOXSA?

NEFTÇİ BİLMƏK İSTƏYİR: HANSI DAHA QİYMƏTLİDİR... İNSAN HƏYATI... YOXSA?


3-04-2025, 15:05
NEFTÇİ BİLMƏK İSTƏYİR: HANSI DAHA QİYMƏTLİDİR... İNSAN HƏYATI... YOXSA?
"Neftçi bilmək istəyir, "hansı daha qiymətlidir,insan həyatı,yoxsa işçiləri dəniz obyektlərinə aparan nəqliyyata çəkilən xərc?.." "DİA-AZ" xəbər verir ki, bu sualla aidiyyatı qurum və şəxslərə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı çıxış edib.
Həmin açıqlamanınn davamını diqqətinizə təqdim edirik:
"OCAR rəhbərliyi işçilərin dəniz obyektlərinə təhlükəsiz gediş gəlişini təmin etmək və həm də xərclərin azaldılması üçün helikopterdən imtina edərək , gəmi nəqliyyatından istifadə etməyi planlaşdırırdı. Bununla əlaqədar vitse prezdentlər dəniz obyektlərinə səfər etdilər. Sonda bu qərara gəlindi ki, milyonlar xərclənib alınmış Floqlar (sərnişin səbətləri) istifadə oluna bilməz.Belə ki, kranlar standarta uyğun deyil.
Bu halda belə qərara gəlindi ki,dəniz özüllərinə . gəmilərdə quraşdırılmış keçid körpü ,ampelman qurğusu vasitəsilə həyata keçirilməlidir. və bunun üçün də bütün özüllərə ampelman qurgusu qurasdirilmalidi. Ilk öncə dəniz özüllərində növbənin dəyişməsi üçün Rəşid Behbudov gəmisi ilə danışılıb ampelman qurğusu quraşdırıldı .Bu qurgu qurasdirildiqdan sonra dedilər ki Rəşid Behbudov gəmisi təmirə dayanıb. Daha sonra Sonra dedilər ki, Rəşid Behbudov gəmisinin dəniz sertifikatlarənən vaxtı keçib,yenisini alsın növbələri onda dəyişəcəklər. Sonda isə dedilər ki, Rəşid Behbudov gəmisi ilə növbə dəyişmək helikopterdən baha başa gəlir. (ampelman qurasdırılmamışdan qabaq siz iqtisatçılar bunu deyəsən hesablamişdınız axı)
İndi də deyirlər ki, Rəşid Behbudov gəmisi ilə dəniz platformalarında növbə dəyişmək təhlükəli olduğu üçün BP də bu gəmidən imtina edib?!
Şəkillərə diqqət yetirsəniz görərsiniz ki, əslində hansı variant daha təhlükəlidir : SOCAR-n istifadə etdiyi sovet istehsalı olan istifadə muddəti bitmiş MPK yoxsa BP- nin istifadə etdiyi muasir Rəşid Behbudov gəmisi?"

Geri qayıt