Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > İmtahanlar sanki ixtisarlar üçün bəhanədir...
Əsas Səhifə > Manşet, Hadisə > İmtahanlar sanki ixtisarlar üçün bəhanədir...

İmtahanlar sanki ixtisarlar üçün bəhanədir...


2-04-2025, 10:50
İmtahanlar sanki ixtisarlar üçün bəhanədir...
SOCAR Insan Resurslari Departamentindəki özbaşınalıqlar, bu qurum tərəfindən yersiz və əsassız qaydada təşkil olunan imtahanlar böyük narazılıqla müşaiyət olunmaqdadır. "DİA-AZ"ın məlumatına görə, işçilərin etdiyi müraciətlərdən aydın olur ki, bu imtahanlar əslində SOCARA-a aid strukturlarda çalışanların ixtisarı, işdən atılması üçün bir bəhanə rolunu oynamaqdadır. Yəni rəhbərlik hansısa işçini bəyənmirsə və yaxud da kimlərisə ixtisara salmaq istəyirsə, onları imtahana yönləndirir... vəssalam.

"DİA-AZ" bildirir ki, bu barədə dəfələrlə məsələ qaldıran Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) internet səhifəsinə ünvanlanan işçi müraciətlərində də anoloji problemə diqqət çəkilir. Onlardan bəzilərini nəzərinə çatdırırıq... Beləliklə...

Abdulla Haciyev adlı işçi yazır: "Nə üçün İnsan Resurslarında imtahan yalnız "Azəriqaz"ın işçiləri üçün olur? Biz 2014-cü ildə imtahan verdik və xeyli işçi işdən çıxdı. Sonrada hardan gəldi işçi götürdülər. Ancaq başqa bir idarələrdə imtahan olmadı. Mən belə başa düşürəm ki İnsan resursları ancaq "Azəriqaz" üçün işləyir...

Qeyd edək ki, digər "Azəriqaz" çalışanı da anoloji ixtisar bəhanəsindən gileylənib. Məlahət Hüseynova adlı SOCAR əməkdaşı yazır: "İmtahan kimi istəmirlərsə işdən çıxartmaq, kimi istəyirlərsə işə götürmək üçün əla yoldur. Bu dəqiqə deyəsən, hamı "Azəriqaz"ın xeyrinə işləyir. Hara müraciət etsən də, "Azəriqaz"dan hara şikayət etsən də, şablon cavab gəlir. Təbii ki, "Azəriqaz"ın xeyrinə..."

Məsələ diqqətimizdədir. Mövzunu davam etdirəcəyik...

Geri qayıt