Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Yasamaldakı özbaşınalığın GERÇƏK NƏDƏNİ: Arxitektura XAOSU!
Əsas Səhifə > Manşet, Hadisə > Yasamaldakı özbaşınalığın GERÇƏK NƏDƏNİ: Arxitektura XAOSU!

Yasamaldakı özbaşınalığın GERÇƏK NƏDƏNİ: Arxitektura XAOSU!


28-03-2025, 09:00
Yasamaldakı özbaşınalığın GERÇƏK NƏDƏNİ: Arxitektura XAOSU!
Xəbər verdiyimiz kimi, dünən paytaxtın Yasamal rayonu Birinci Alatava yaşayış massivi Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında tikinti şirkəti içərisində yaşayış olan evin bir hissəsini dağıdıb.

"DİA-AZ" xatırladır ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayıldıqdan sonra rəsmi qurumlar hərəkətə keçib. Fövqəladə Hallart Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində vətəndaşın dağıntı altında qalması barədə məlumat daxil olub və dərhal FHN-in xilasediciləri əraziyə cəlb edilib: “Əməliyyat şəraiti qiymətləndirilərkən, dağıntı altında qalanın olmadığı müəyyən edilib”.
DİN-in Mətbuat Xidmətindən isə bildirilib ki, hadisəni törədən tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb: “Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Araşdırma aparılır”.

Qeyd edək ki, içərisində yaşayış olan evin “Melissa Group” tikinti şirkəti tərəfindən dağıdıldığı bildirilir. “Melissa Group” şirkətinin sahibi Qalib Məmmədovdur. Baş direktoru isə Xəzər Məmmədovdur.

"DİA-AZ" xəbər verir ki, əslində bütün bu özbaşınalıqlar, xüsusən də ayrı-ayrı inşaat firmalarının harınlıqları əsasən bir qaynaqdan qidalanır: ARXİTEKTURA XAOSUNDAN...

Kimdir cavabdeh? Təbii ki, bu gün başları ancaq pul qazanmağa qarışan və MTK-ları vətəndaşların üzərinə yönləndirən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əndazələrini aşan məmurları...

Sözsüz ki, bu gün Yasamaldakı "Melissa Group" olayını araşdıran hüquq mühafizə orqanları bu məsələyə də diqqət ayıracaq. Əks halda, eyni hadisələr təkrarlana bilər. Cavabdeh - ƏSAS CAVABDEH olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bir-iki məmuru "silisə çəkilməlidir" ki, digərlərinə də DƏRS OLSUN...

Geri qayıt