Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Şərur Xəstəxanasında PUL YIĞIMI...
Əsas Səhifə > Manşet, Ölkə > Şərur Xəstəxanasında PUL YIĞIMI...

Şərur Xəstəxanasında PUL YIĞIMI...


19-03-2025, 10:27
Şərur Xəstəxanasında PUL YIĞIMI...
Şərur rayon Mərkəzi Xəstəxanasında tibbi arayış üçün ödənilən pulların qeyri-qanuni yolla mənimsənildiyi bildirilir. "Gündəlik Naxçıvan"a danışan sakinlər deyirlər ki, xəstəxanada rüsum ödədikdən sonra verilən qəbzlərdə ödəyicinin adı, soyadı və tarixi yazılmır. Daha sonra isə həmin qəbz vətəndaşdan geri alınır və növbəti gün başqa şəxslərə verilir. Bununla da ödənilən pulların böyük hissəsi rəsmi qeydiyyata düşmədən mənimsənilir.
Şikayətçilər bildirirlər ki, kassaya ödəniş etdikdən sonra həkimlərə göndərilirlər. Həkimlər qəbzi geri alaraq arayışı təqdim edir və yalnız qeydiyyata salınmadığını görən vətəndaşlar narazılıq edəndə sistemə işlənilir.
Rayon sakini M. Ağayev deyir ki, uzun mübahisədən sonra qəbzini ala bilib:
"Tibbi arayış almaq üçün getmişdim. Dedilər ki, kassaya 34 manat ödəməliyəm. Ödədim, qəbz verdilər, sonra məni şöbə müdirinin yanına göndərdilər. Arayışı alıb həkimlərə imzalatmalı idim. Həkimlərdən biri qəbzi istədi, götürdü və arayışı verdi. Sonda geri dönəndə müdir də sənədi imzaladı, amma qəbzi qaytarmadı. Soruşanda dedi ki, qəbz onlarda qalmalıdır. Mübahisə etdim, səsimi qaldırdım, şikayət edəcəyimi dedim. Görünür, bu, onları qorxutdu, çünki tələm-tələsik qəbzi götürüb sistemə işlədilər. O zaman başa düşdüm ki, bu iş sistemli şəkildə qurulub və çox adam bu yolla aldadılır."
Adının çəkilməsini istəməyən xəstəxana əməkdaşı da bu sxemin hər gün təkrarlandığını bildirir:
"Hər gün onlarla insan tibbi arayış üçün pul ödəyir, amma onların yalnız az bir hissəsi sistemə işlənir. Məsələn, 20 nəfər rüsum ödəyirsə, cəmi 3-4 nəfərin məlumatı sistemə salınır. Qalanlarının qəbzləri isə sadəcə başqa vətəndaşlara verilir, bir növ təkrar istifadə olunur. Qəbzlərdə ad, soyad və tarix yazılmadığı üçün bir gün əvvəl pul ödəyən şəxsin qəbzi növbəti gün başqa vətəndaşa verilə bilər. Beləliklə, bu pulların böyük hissəsi xəstəxananın mühasibatlığından yan keçərək baş həkimin cibinə gedir. Vətəndaşlar bilmirlər ki, ödədikləri rüsumun çoxu qeydə alınmır və mənimsənilir. Heç kim etiraz etməsə, bu proses beləcə davam edəcək."

Geri qayıt