Əsas Səhifə > Manşet / Güney Press > Əgər sabah və yaxud bu gecə növbə dəyişməsə...
Əgər sabah və yaxud bu gecə növbə dəyişməsə...17-03-2025, 16:16 |
|
"Neftçiləri uzun müddətdir ki, normal gəmi nəqliyyatı ilə təmin edə bilməyən SOCAR sahə üzrə məsul şəxslərin diqqətinə!.." "DİA-AZ" xəbər verir ki, bu xüsusi xəbərdarlıqla çıxış edən Neftçilərin Hüuqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı çıxış edib. NHMT sədri daha sonra neftçilərə istinadla onların harayını belə ifadə edib: "Azneft İB Neft Daşları NQÇİ-nin 1,3,4,5 -ci mədənin neftçiləri yenə narahatdır. Sabah (18.03.25) onların iş növbəsi başa çatır, növbə dəyişməlidir. Sabah axşama da güclü külək gözlənilir. İşçilər növbə dəyişməsilə əlaqədar ümidverici bir məlumat da ala bilmirlər. Əgər sabah (yaxud bu gecə) növbə dəyişməsə, işçilər 5-6 gün dənizdə qalmalı olacaqlar..." Geri qayıt |