Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Rövşən Nəcəf görüşə gələndə sıravi işçilər NİYƏ `BUDKA`DA GİZLƏNMƏLİ OLUR?
Əsas Səhifə > Manşet, Gündəm > Rövşən Nəcəf görüşə gələndə sıravi işçilər NİYƏ `BUDKA`DA GİZLƏNMƏLİ OLUR?

Rövşən Nəcəf görüşə gələndə sıravi işçilər NİYƏ `BUDKA`DA GİZLƏNMƏLİ OLUR?


11-03-2025, 08:27
Rövşən Nəcəf görüşə gələndə sıravi işçilər NİYƏ `BUDKA`DA GİZLƏNMƏLİ OLUR?
"SOCAR-da kadr siyasəti o qədər qeyri-müəyyən aparılır ki, artıq bu narazılıqlardan biz neftçilər məcburuq ölkə başçısına müraciətlər edək ki, bu məsələlərin həlli üçün Prezident Administrasiyasi səviyyəsində problemi nəzarətə götürsünlər, yoxsa..." "DİA-AZ" xəbər verir ki, bunu "Neftçilərin hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə səhifəsində SOCAR əməkdaşı Rac Kərimov qeyd edib.

O daha sonra bildirib: "Baxın, ölkənin bütün nazirləri vaxt ayyırıb vətəndaşların qəbulu üçün rayonlarda görüşlər keçirirlər. Amma SOCAR-ın kadr məsələləri üzrə vitse-prezidenti Ziba xanim, "Azneft" İstehsalat Birliyinin İnsan Resursları departamentinin rəisi Toğrul müəllim problemlərin dinlənilməsi üçün bir dəfə də olsun gəlib idarələrdə neftçilər ilə görüşlər keçirməyiblər.

Ofisdən çixmayaraq strukturu idarə etmək başqa, amma sahələrdə gəlib məsələni yerində görmək başqadır. Ofisdə əyləşib istehsalatın real tələbinə cavab verməyən qərarlar verməklə "dayanıqlı davamlı inkişaf" olmur. Nə olar bir vaxt ayırın, neftçilərə hörmət və qayğı göstərin çıxın kabinetlərinizdən... gəlin bir bizim problemləri də dinləyin.

Şirkətin prezidenti cənab Rövşən Nəcəf gəlir, "Azneft"in Baş Direktoru Əli müəllim gəlir, "Azneft"in Baş Mühəndisi Tofiq müəllim gəlir... nə olar da bir dəfə də kadr məsələlərinə cavabdeh olan məsul şəxslər də gəlsin?! Olmazmı? Siz gəlib sahələrdə işçilərlə görüslər keçirsəniz, nə bu qədər narazılıq olmaz, nə də ki, SOCAR-ın adı bu qədər mənfi rəylərlə mətbuatda hallanmaz.

Sizi dəvət edirik, gəlin!

Gəlin, amma bir şərtlə ki, biz işçilərə iş "budka"larında gizlənmək tapşırığı verməsinlər. Piar xarakterli yox - səmimi, şəffaq, obyektiv və zəruri bir görüş üçün zəhmət olmazsa... buyurun gəlin!"

Geri qayıt