Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Fuad Nəcəfli ilə bağlı qərar veriləcək
Əsas Səhifə > Manşet, Gündəm > Fuad Nəcəfli ilə bağlı qərar veriləcək

Fuad Nəcəfli ilə bağlı qərar veriləcək


10-03-2025, 00:26
Fuad Nəcəfli ilə bağlı qərar veriləcək
Fuad Nəcəfli daha nə qədər hazırki mövqeyində qalacaq? Naxçıvan Muxtar respublikası sakinlərinə qalsa, Prezidentin xüsusi nümayəndəsinin tezliklə dəyişdirilməsi arzuolunandır. Amma "yuxarıların"da fərqli düşünmədiyi iddia olunur.

Bu barədə "DİA-AZ"ın əldə etdiyi bilgilərdən aydın olur ki, F.Nəcəfli dəfələrlə "yuxarılara" izahat verərək, Naxçıvandakı durumun nədən əvvəlkindən - yəni Vasif Talıbov dönəmindən də ağır olmasını əsaslandırmağa çalışıb, amma...

Mənbə deyir: "Amma bu onda alınmayıb. Çünki Fuad Nəcəfli gəldiyi gündən yalnız öz yaxınlarına, hətta öz kəndinə gün ağlayıb... Naxçıvan ümumilikdə isə ağlar günə qalıb. Bu gün Naxçıvandan sürətli köç həyata keçirilir, MR tamamən boşalmaq üzrədir.

Nəcəfli məgər problemləri belə həll edir?

Təbii ki, onun nağıllarına kimsə inanmır. Elə "yuxarılar" da... Ona görə də qısa müddətdə Naxçıvana yeni rəhbər təyinatı gözlənilir".

Onu da qeyd edək ki, Naxçıvan sakinləri son günlər sosial şəbəkələrdə Fuad Nəcəflinin istefasını daha intensiv çağırışlarla yuxarılardan xahiş edirlər.

Məsələ diqqətimizdədir...
Geri qayıt