Əsas Səhifə > Manşet / Güney Press > "Sizin keyfiniz ucbatından biz yenə işdən çıxa bilmədik"
"Sizin keyfiniz ucbatından biz yenə işdən çıxa bilmədik"5-03-2025, 17:24 |
|
"İşçiləri bilərəkdən narazı salırsınız?! Niyə, nədir axı bu insanların günahı?" "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı ifadə edib. NHMT sədri daha sonra əlavə edib: "Neftçilər yazır: Azneft İB rəhbərliyi! Helikopter AZE 121.131.-lə "28 May" NQÇİ-də saat 11:50-də uçuş başladı... - 62 nəfərdən cəmi 20 nəfər dəyişdi, 42 nəfər qaldı... - 5-ci özüldən 10 nəfər, 8-ci özüldən 32 nəfər qaldı... Sadəcə demək istəyirik ki, hörmətli "Azneft" rəhbərliyi, yoxlamaları aparanlar. Keyfinizə düşür... deyirsiniz, gedək bir dənizi gəzək, amma düşünmürsünüz ki siz helikopteri "zanit" edəndə axı "smen"lər qalır? Nə olar ki "smen" günü təşrif buyurmayanda? Siz gələndə əlahəzrətlər kimi helikopteri sizə peşkəş verirlər və biz işdən çıxa bilmirik. Sizə nə var eee... bir kəlməyə sifarişlə istədiyiniz yerə gedirsiniz. Baxın, sizin keyfiniz ucbatından biz yenə işdən çıxa bilmədik. Bu gün iki dənə helikopter olsun iki reys eləsin 20 nəfər adam çıxarsın? Bu hörmətsizliyə niyə layiqik ki biz, günahımız nədir, hörmətli Azneft?" Geri qayıt |