Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Naxçıvan səhiyyəsində MAAŞ BÖHRANI...
Əsas Səhifə > Manşet, Hadisə > Naxçıvan səhiyyəsində MAAŞ BÖHRANI...

Naxçıvan səhiyyəsində MAAŞ BÖHRANI...


17-02-2025, 16:27
Naxçıvan səhiyyəsində MAAŞ BÖHRANI...
Naxçıvandakı dövlət xəstəxanalarında çalışan tibb bacıları, xadimələr, mühafizəçilər və digər texniki işçilərin maaşı yanvar ayından etibarən azaldılıb. Bu barədə “Gündəlik Naxçıvan“a bir qrup tibb işçisi məlumat verib. Onların sözlərinə görə, yanvar ayı üçün aldıqları maaşlar vəzifədən asılı olaraq 70-180 manat aşağı olub. Yalnız həkimlərin maaşında dəyişiklik edilməyib.
Bundan əvvəl yerli Səhiyyə Nazirliyi bütün dövlət tibb müəssisələrinə – həkimlər də daxil olmaqla – işçilərin maaşlarının azaldılacağı barədə xəbərdarlıq göndərmişdi. Bu xəbərdarlıqdan sonra işçilər, maaşlarının kəsiləcəyi təqdirdə, nazirlik qarşısında etiraz aksiyası keçirəcəklərini elan etmişdilər. Şikayətçilərin sözlərinə görə, həkimlərin maaşlarına toxunulmaması məhz mümkün etirazların qarşısını almaq məqsədi daşıyır.
Naxçıvan Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən B.M. bildirir ki, maaşlar verilən gün bütün işçilərə etiraz aksiyasına çıxmamaq üçün hədə-qorxu gəlinib:
"Yanvar ayının maaşını 15 gün gecikdirdilər ki, işçilərin etiraz ruhu zəifləsin. Həm də məşvərət edirdilər ki, vəziyyətdən necə çıxsınlar. Qərara gəliblər ki, həkimlərin maaşına toxunmasınlar. Çünki onlar etiraz etsələr, bunun qarşısını almaq çətin olacaq. Gücləri bizə çatdı. Ötən il də maaşımızı kəsdilər, səsimizi çıxara bilmədik. Bu dəfə etiraz edəcəyimizi bildikləri üçün hamını hədələdilər ki, səsinizi çıxarsanız, işdən qovulacaqsınız. Çıxılmaz vəziyyətdə qalmışıq. Prezident bütün tibb işçilərinin maaşını artırdı, amma Naxçıvanda onun fərmanını nəzərə alan yoxdur. Maaşımızı artırmaq əvəzinə, bir də azaltdılar."
Həmin xəstəxanada xadimə işləyən N.A. isə çarəsiz vəziyyətdə qaldıqlarını deyir:
"Bunlar süpürgəçinin belə maaşına göz dikiblər. Onsuz da maaşımız çox aşağı idi. Ötən il 70 manat kəsdilər, bu il isə yenə 70 manat azaltdılar. Üstəlik, bizi iki nəfərin yerinə işləməyə məcbur edirlər. Boş qalan ştatları öz qohumlarının adına yazıb, pulları ciblərinə qoyurlar. Bununla da gözləri doymur. Deyirlər ki, xoşun gəlmir, ərizəni yaz, işdən çıx. Amma işdən çıxıb hara gedəcəyik? Bizi çıxılmaz vəziyyətə salıblar."
Maaşı kəsilən işçilər aidiyyəti qurumlara müraciət edərək problemin həllini tələb edirlər.

Geri qayıt