Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Siyasət > "Hamımız məmurlarınızın pulları fırlanan banklarınıza borcluyuq"
"Hamımız məmurlarınızın pulları fırlanan banklarınıza borcluyuq"10-02-2025, 08:41 |
![]() "Ay hökümət, bağladığınız Azərbaycan Tərcümə Mərkəzinin sabiq əməkdaşlarına son üç ayın məvacibini, işlərini itirmələrilə əlaqədar ödəməli olduğunuz kompesasiyanı niyə vermirsiniz? Bəlkə elə bilirsiniz ki, biz yazı-pozu adamıyıq deyə, ailələrimiz çörək yerinə evimizdə çox olan kağız, karton yeməyə öyrənib?.." "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında zamanında Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq etmiş tanınmış jurnalist, yazıçı, tərcüməçi İlqar Əlfioğlu ifadə edib. O daha sonra əlavə edib: "Əmin olun ki, bu üç ayda yeni generasiya adam yetisdirmək əlimizdən gəlməz və təəssüf ki, hələ də adam kimi yeməyi tərgidə bilməmisik. Üstəlik, hamımız məmurlarınızın pulları fırlanan banklarınıza borcluyuq, kredit ödəyirik. Bilirəm, maliyyə naziri, onun ştatla nəzərdə tutulmuş üç müavinini çıxarmışdınız. Cəmi bir müavin iş başındaydı, onun da masasının üstündə bizim sənədlər kimi imzalanmalı olan kağız-kuğaz qalağı adama boy vermirdi. Yəqin, imzalamağa vaxtı çatmırdı, bunu başa düşürəm. Amma, işdən çıxardıqlarınızın yerinə qoymağa adamınız hələ yox idisə, niyə əlimyandı çıxarırdınız? Bunu başa düşmürəm. İndi maşallah, Sahil Babayev də işinin başındadı, xeyirli olsun, türk demiş, kolay gəlsin. Hələ təbriklər qəbul edən vaxtıdır, baş qarışıqdı. Yəqin üç-beş aya səfasını hərdənbir, cəmaət də görər. Bir də, mən heç - Maldivdə, Çernoqoriyada villam, Ruminiyada zavodum, Ayda, Marsda torpaqlarım, şirkətim Mərakeşdən cins eşşək ixrac edir, ilbiz fermamin ishehsalı günbəgün artır... Mənimki asandı. Bəs, gözünü aylıq məvacibinə dikənlər neyləsin! Odur ki, deyirəm biləsiniz: kollektivə borcunuzu qanunvericiliyə uyğun gecikdirməyə görə dəbbə puluyla birlikdə hesablayın ki, sonradan yabalaşası olmayaq..." Geri qayıt |