Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Gündəm > "Siz rəhbərlərə insaf diləyək, yoxsa fəhlələrə dözüm?"
"Siz rəhbərlərə insaf diləyək, yoxsa fəhlələrə dözüm?"10-02-2025, 08:21 |
![]() "Siz rəhbərlərə insaf diləyək, yoxsa fəhlələrə dözüm?" "DİA-AZ" xəbər verir ki, bu paylaşımı neftçi Hüseyn Oğuza istinadla Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı diqqətə çatdırıb. M.Qəhrəmanlının paylaşımında H.Oğuz müraciətini belə davam etdirir: "Mikayıl Cabbarov... Rövşən Nəcəf... Belə sizin tərəflərdə havalar necədir??? Bizdə havalar soyuq, qiymətlər əl yandıracaq dərəcədə istidir. Təyin etdiyiniz əməkhaqqı da ancaq ki ən yaxşı halda yırtığımıza yamaqdır. Siz isti otaq, rahat qoltuqda oturub qara fəhləni bu soyuqda aşağı əmək haqqına çalışdıraraq, onların üzərində yüksək gəlir əldə edirsiniz. Fəhlə heyətinə vermiş olduğunuz (2023 hədəf) bonus da bunun bariz nümunəsidir. Ömrünün yarıdan çox hissəsini SOCAR-da çalışaraq zəhmət çəkən işçilərini dərəcələrini aşağı salaraq qarşılığnda paralel olaraq hansısa strim, Downstream kimi MMC yaradıb heçbir isə yaramayan insanlara yüksək məbləğdə əmək haqqı ödəməklə məşğulsunuz. Belə ki dəniz donanmasında çalışan neftçilərin əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsizlik təminatı 3 ildir bu sektorda artmayan əmək haqqı barədə bu il düşüncələriniz nədən ibarətdir? İndi necə edək? Siz rəhbərlərə insaf diləyək? Ya fəhlələrə dözüm?! Onu da nəzərinizə çatdırım ki Tanrının səbri geniş, qəzəbi isə ağırdır..." Geri qayıt |