Əsas Səhifə > Manşet, Güney Press > "Elmi mühit alver mühitinə dönüb..."

"Elmi mühit alver mühitinə dönüb..."


28-01-2025, 15:02
"Elmi mühit alver mühitinə dönüb..."
"Dilçilik İnstitutunda elmi məzmuna yox, tapşırığa, münasibətə rəy verməlisən. Əks halda, qara siyahıya salınırsan. Elmi mühit alver mühitinə dönüb. Baş direktor Nadir Məmmədli elmi məzmuna rəy vermiş vicdanlı şöbə əməkdaşını müxtəlif bəhanələrlə işdən çıxarmaqla hədələyir". "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov bildirib.
İ.Abbasov daha sonra əlavə edib: "Belə ki, əməkdaş ilkin müzakirə zamanı aşkar faktlarla işin plagiat və qeyri-elmi olduğunu bildirmişdir. Həmin vaxt İsa Həbibbəyli və Nadir Məmmədlinin dəstəsi şöbəyə gələrək əməkdaşlara təzyiq etməyə cəhd etmişdirlər. Guya həmin dissertantı deputat Ziyad Səmədzadə və İsa Həbibbəylinin Nazirlər Kabinetində yüksək vəzifə tutan oğlu Ərəstun Həbibbəyli tapşırıbmış. Nadir Məmmədli əməkdaşın vicdanlı fəaliyyətini qiymətləndirmək əvəzinə, onu gözümçıxdıya salır...Dəhşətli özbaşınalıqlar baş alıb gedir.
Nadir Məmmədli! Sizin böyük pullar müqabilində 30 ilə görə bilmədiyiniz işi o əməkdaş əvəzçiliklə işləyib 200-250 manat maaş almaqla cəmi 5 ildə yerinə yetirib. Axı bu dərəcədə həddi aşmaq olmaz.

***

AMEA-nın Dilçilik İnstitutu çox gəlirli yerdir. Yüzlərlə şəxs müdafiə üçün növbədə. Kim qabağa keçəcək? Bu sualın altında nələr var, nələr?! Elmdən başqa hər şey! Ramiz Mehdiyev İsa Həbibbəyli ilə boş yerə Nadir Məmmədlini gül kimi nəşriyyat işindən ayırıb ona aidiyyəti olmayan quruma gətirmədilər ki! Strateji yerdir! Hələ Dilçilik İnstitutunun iclaslarının birində bir qadın professor heyrətini gizlədə bilməmiş və demişdir: "Dilçilik İnstitunun nə qədər pulu var imiş, İlahi?! Bu qədər yeyirlər, mənimsəyirlər, qurtarmır ki qurtarmır". Əlbəttə, o pullar dövlətin gerçək elmə ayırdığı, lakin alim maskalı quldur dəstə tərəfindən mənimsənilən pullar idi.
Azərbaycan dövlətinə AMEA-dan vurulan zərbənin miqyası çox böyükdür. Bu, təkcə maddi ziyanla deyil, həm də ölkənin gələcəyini, bütöv bir nəsli məhv edən mənəvi ziyanla ölçülür".

Geri qayıt