Əsas Səhifə > Manşet, Sosial > Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR?

Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR?


Dünən, 09:16
Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR?
"Ucar rayon Su Meliorasiya Sistemləri Birliyinə yeni təyin edilmiş rəis müavini Zaur Əzizov dövlətə məxsus böyük su boruluranı satmaqla məşğuldur". "DİA-AZ" xəbər verir ki, bu barədə sözügedən rayondan edilən müraciətdə deyilir.
Müraciət müəllifləri daha sonra bildirir: "Artıq çoxlu sayda böyük həcmli su boruları satılmaq üçün yerlərdən qazılaraq çıxarılıb idarənin (su anbarının) həyətinə yığılıb. 
Zaur Əzizovun özü ilə  vəzifəyə gətirdiyi Zərdab rayon sakini  Ceyran Miraslanlı operator vəzifəsində işləsə də, müdir müavini Zaur Əzizovun yanında oturub bütün işlərə nəzarət edir. Belə getsə Ucarda su  boruları qalmayacaq.... 

Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR?

Zaur Əzizov vəzifəyə gəldiyi ilk gündən Ucar rayonunda suyun verilməsi azaldılıb abonentlərdən əlavə pullar tələb olunur. Sayğaclara müdaxilələr edilir ki, bu yolla vətəndaşların cibini soya bilsinlər.Ucar Su Meliorasiya Sistemləri Birliyinin bütün texnikaları hər gün xalturaya cəlb edilir. Əldə edilən pullar Zaur Əzizov tərəfindən bölünür.
Qeyd edək ki, Ucar Su Meliorasiya Sistemləri Birliyinin müdiri Müşfiq Məmmədov rayon icra başçısı Mənsur Məmmədovun qardaşıdır.Zaur Əzizovun isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəisi Zaur Mikayılovun adamı olduğu deyilir. Elə bu səbəbdəndir ki, Zaur Əzizov müdiri Müşfiq Məmmədovu saya salmır idarədə əməlli-başlı hegomonluq edir. 

Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR?

Ucar rayonunda suvarma sistemləri bərbad vəziyyətdədir, su kanalları vaxtlı -vaxtında təmizlənmir. İdarəyə ayrılan yanacaqlar və digər vəsaitlər satılaraq talan edilir. İllərlə təmizlənməyən kanalların ildə bir- neçə dəfə təmzilənməsinə dair saxta sənədləşmələr aparılaraq dövlətin ayırdığı vəsaiti mənimsəyirlər.
Buna görə də hüquq mühafizə orqanları Ucar Su Meliorasiya Sistemləri Birliyinin fəliyyətini araşdırıb qanunu tədbirlər görməlidilər..." 

Geri qayıt