Əsas Səhifə > Manşet, Sosial > Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ...

Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ...


Bu gün, 10:48
Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ...
"Hörmətli cənab prezident. Mən Siyəzənneft NQÇİ -nin işçisi Əliyev Zamiq Qüdrət oğlu Azərbaycan Respublikası Konstitusiyasının 57 -ci maddəsinin 1 və 2 ci bəndlərini rəhbər tutaraq Sizə şikayət edirəm. Məlumumuz olduğu kimi, Azərbaycan iqtisadiyyatının özəyini neft-qaz sahəsi təşkil etməkdədir. Neft-qaz sahəsi iqtisadiyyatın aparıcı amilinə çevrilmişdir və onun inkişfına daim Sizin tərəfinizdən xüsusi diqqət yetirilməkdədir. Dövlət Neft Şirkətinin əsas siyasətlərindən biri də özünün strukturlarında modernləşdirmə və genişləndirməyə şərait yaratmaq, yenidən qurulmasını təşkil etmək onları yeni texnika və texnologiya ilə təmin etməkdir.
Lakin əfsuslar olsun ki Sizin xalqın rifah halını yaxşılaşdırmaq etibarlı sosial mühütün təmin edilməsi üçün iş yerlərinin açılması barədə göstərişinizə qarşı çıxan "Siyəzənnfet" NQÇİ -nin rəisi Rauf Alməmmədov "Siyəzənnfet" NQÇİ-nin Ata çay sahəsini absurd qərarla ləğv etmyə çalışır. "Burda mən, Bağdadda kor xəlifə" misali hərəkət erməklə heç kimi saya salmadan diktator kimi davranmaqdadır". "DİA-AZ" xatırladır ki, bu müraciətin müəllifi eyni zamanda Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) vasitəsilə gileyini ictimailəşdirib.

YAZI BURADA: Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU - "Siyəzənnfet"i LƏĞV ETMƏK İSTƏYİR?

Qeyd edək ki, bu şikayətlə bağlı gərəkən qurumlar araşdırma aparıb, problemi həll etməkdənsə, yenə də ənənəvi üsulla davrandılar.: şikayətçini yalançı çıxarmağa çalışdılar, şikayətə səbəb olan Rauf Alməmmədovun şəninə isə təriflər yağdırmağa başladılar... Bu isə o deməkdir ki, vəzifəsində yeni olan - keçən ilin oktyabr ayında "Siyəzənneft" NQÇİ-yə rəis təyin olunan Rauf Alməmmədov da elə özündən əvvəl həmin postu tutanların tayıdır... onlardan hansısa formada fərqlənmir.

İlk əvvəl onun şəninə tərif yağdılanlarrın bəzilərinin qeydlərini təqdim edirik... Hər halda, obyektivlik naminə atdığımız bu addımdan da anlaşılır ki, cənab Alməmmədov özünü sosial şəbəkələrdə təriflətməklə MALALAMA təşəbbüsündə bulunmuş kimi görünür...

Beləliklə...

✅ Nicat Hashimli:
Rauf müəllim yüksək insanlıq keyfiyyətlərinə, peşəkar bacarıqlara malik bir mütəxəssisdir. Karyerası boyunca göstərdiyi işlərlə öz peşəkarlığını və etibarını təsdiqləyib.
Bu şikayətin mətninə nəzər yetirərkən, ortada bəzi anlaşılmaz məqamların olduğu aydın olur və inanıram ki, hər hansı bir '' problem'' varsa o məsələ qısa zamanda öz həllini tapacaqdır.

✅ Kamran Agayev
Rauf müəllimin Siyəzənneft NQÇİ-yə rəhbər təyin olunmasında əsas məqsəd hasilatın artırılması fonunda NQÇİ-nin dayanıqlılığının təmin olunmasıdır. Təyinatdan qısa müddət keçməsinə baxmayaraq Rauf müəllimin gördüyü işlərin nəticəsi göz qabağındadır və yaxın gələcəkdə hər bir əməkdaş da bunu hiss edəcək. Düşünürəm ki ömrünü neft sənayesinə həsr etmiş, karyerası boyunca çalışdığı bütün kollektivlərdə böyük rəğbət qazanmış belə bir mütəxəssis haqqında belə fikirləri ictimailəşdirmək ədalətsizlikdir. İnanıram ki, Siyəzənneft kollektivinin zəhmətkeşliyi və Rauf müəllimin də düzgün strategiyası nəticəsində ən qısa zamanda xoş müjdələr alacağıq.

✅ Qalib Muradov
Mən Rauf müəllimi qismən də olsa tanıyıram və onun məsuliyyətli, çalışqan, dürüst bir insan olduğunu deyə bilərəm. O, kiminsə çörəyi ilə oynamaq kimi bir davranış göstərməz. Bu məsələ ilə bağlı ətraflı məlumatım olmasa da, inanıram ki, burada bir yanlış anlaşılma var...

***

Bir sözlə... anlaşılır ki, Rauf müəllim TROL xidmətini üstün üsul kimi görür... Halbuki onunla bağlı elə yerli sakinlərin ümidləri kifayət qədər idi və onlar ilk günlərdə inanırdılar ki, R.Alməmmədov cənabları digərlərindən fəqrlənəcək. Ona görə də keçən ilin oktyabrında - təyinatın ilk günündə Siyəzəndən keçmiş deputatlığa namizəd Tural Tağızadə belə yazırdı:

""Siyəzənneft" NQÇİ-də yeni təyinat gerçəkləşib. İdarənin rəisi vəzifəsinə Rauf Alməmmədov gətirilib. Rauf müəllimdən xahişimiz budur ki, bağlanmış onlarla quyunun fəaliyyətini bərpa etdirsin. Qərəzli və əsassız şəkildə yüzə yaxın quyu bağlanıb. Ciddi qanun pozuntuları var. Açıqlamaq hələki istəmirəm. İşlək quyulardan çıxan qazlar Ekologiyaya buraxılır. Məsəl üçün Siyəzənin iri kəndlərindən biri olan Zarat kəndinin ərazisində üç quyudan çıxan qaz havaya buraxılır. Halbuki mütəxəssislərlə söhbətimiz olub. Mənə deyiblər ki, üç quyudan çıxan qazla ən azı beş yüz evi qazla təmin etmək olar..."

***

Yəni anlaşılanı odur ki, "Siyəzənneft" NQÇİ-də rəhbərlik dəyişsə də... problemlər yerində qalır...

Araşdırmamız davam edəcək... Bizi izləməyə davam edin...

Geri qayıt