Əsas Səhifə > Manşet, Güney Press > "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..."

"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..."


Dünən, 17:18
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..."
"Dövlətin milyonlarını ye, uğrunda minlərlə şəhid verdiyimiz dəyərləri iyrənc və üfunətli nəfsinə qurban et, xarici düşmənin edə bilmədiyi xəyanəti et, ziyanı vur, sonra heç nə olmamış kimi mənasız iclas və təqdimat şənlikləri keçir, üzdə tərif de, iş görüntüsü yarat, əməldə xəyanətini davam etdir!.." "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İdris Abbasov ifadə edib.
O daha sonra davam edir: "Dövlətin və xalqın ələ salınıb zəiflədilməsi ilə müşayiət olunan bu əməl hüquqda, ehtimal ki, cinayətin sırtıqlaşması və həyasızlaşması kimi xarakterizə olunar...

***

AMEA-nın mühafizəsinə yarım milyon (500 min) pul ayrılıb. 2021-ci ildə Ramiz Mehdiyevin vaxtında nəhəng kontingentlə təmsil olunan quruma ayrılan vəsait indikindən təxminən 4 dəfə az olub. Gömrük Komitəsindən akademiyaya qədər dövlət büdcəsinin yaxşıca "qeydinə qalan" akademik buyursun, bunun hansı zərurətdən irəli gəldiyini ictimaiyyətə desin... Bəlkə mühafizəçilərin rifahını yaxşılaşdırmaq üçündür. Dəqiq bilmirəm.
Allah ömür versə, görəcək günlərimiz çoxdur hələ.
Xatırladım ki, akademik İsa Həbibbəylinin başında durduğu və onun "qızıl" tövsiyələri və əmrləri ilə fəaliyyət göstərən bu qurumun nəinki elmə, hətta dövlətə 1 qəpiklik xeyri yoxdur, əksinə, zərəri var..."

Geri qayıt