Əsas Səhifə > Manşet, Cəmiyyət > Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN!
Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN!Bu gün, 10:56 |
" "Kapital Bank" bu gün ancaq əsəblərimi sınayıb..." "DİA-AZ" xəbər verir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Altun Əsəd adlı istifadəçi yazıb. Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Kartımı blokladılar... zəng etdim. 3 ayrı operatorla danışdıqdan sonra blokdan çıxardılar. Sürpriz də ondan sonra başladı. Kartı bankomata daxil etdim, pulu çıxarışa verdim... balansdan pul çıxdı lakin, bankomat pulu vermedi. Tələsdiyim bir vaxtda məni çox pis vəziyyətdə qoydu. Pulum ola-ola pulsuz vəziyyətdə qaldım. Operatorlar yenə azı 7 manatlıq konturumu yeyəndən sonra deyir ki, 5 iş günü ərzində araşdırılacaq.... İndi bəlkə mənim son pulum idi, mən 5 gun ərzində ac qalmalıyam sizin səhvinizə görə? Bu nə biabırçılıqdır? Gəlib indi boş boş təəssüf hissi keçirməyin, mənim pulumu qaytarın balansıma..." Geri qayıt |