Əsas Səhifə > Manşet, Siyasət > “Liv Bona Dea Hospital”-da müəmmalı ölüm işi
“Liv Bona Dea Hospital”-da müəmmalı ölüm işiDünən, 00:19 |
“1 ay bundan əvvəl Şahinin ürəyindən şikayəti var idi. “Liv Bona Dea Hospital”-ın kardioloqu Abbasəli Abbasəliyev onu müayinə edərək dedi ki, stent qoyandan sonra hər şey yaxşı olacaq. Amma Şahinin ürəyinin şah damarı tutulub, çürüyüb. Ona qətiyyən stent olmazdı. Anju edəndə sən ürəyin damarlarının tutulduğunu görürsənsə, necə stent qoya bilərsən? Şahin ağrısını heç kimə hiss etdirmirdi. Həyat yoldaşı ilə yenidən həmin xəstəxanaya getdi. Həkim onu müayinə etməmiş dərmanlarını dəyişdi. Dərmanları içəndən 2 gün sonra ümumiyyətlə vəziyyəti ağırlaşdı” Bunu Moderator.az -a dünən dünyasını dəyişən aparıcı Şahin İbrahimlinin bacısı Nara Nəcəfova deyib. O daha sonra iddia edib ki, həkimi Şahinin öləcəyini bilirmiş: “Öz ayağı ilə getmişdi xəstəxanaya. 5-ci gün reanimasiyaya yerləşdirdilər ki, 1-ci günə kimi yaxşı olsa yenidən əməliyyat edəcəklər. Hamı bilirmiş ki, Şahin öləcək. Onu öldürdülər. Bazar günü yanına getdik, danışdıq, dedik-güldük. Özünü yaxşı hiss edirdi, saturasiyası da yerində idi. Gördük ki, yaxşıdır daha xəstəxanada qalmadıq. Bu görüşün üstündən 2 saat keçmədi ki, bizə xəbər etdilər ki, Şahin keçinib. Xəstənin halı pisləşəndə nə bizə məlumat veriblər, nə də ilkin müdaxilə ediblər. Heç bir kömək etməyiblər. Deyirlər ki, guya 2 saat ürəyini masaj ediblər. Abbasəli həkimi də qaçırdıb gizlədiblər. Nə görüntü verirlər, nə də bir başqa məlumat. Biz xəstəxanaya gedəndə polisləri çağırıb tökmüşdülər. Sən özündən qorxursan ki, polis çağırırsan da. Əslində polisi biz çağırmalı idik. Dərdimiz böyükdür, ürəyimiz yanır. Cavan, dağ boyda oğlan həkim səhlənkarlığı ucbatından bu işıqla dünyaya əlvida dedi” deyə Şahin İbrahimlinin ailə üzvü iddia edib. Qeyd edək ki, Şahin İbrahimli AzTV-nin “Xəbərlər” proqramının sabiq aparıcısı olub. O həmçinin İTV-nin Xəbərlər Departameninin direktor müavini o həmçinin mərhum idman jurnalisti Elnur Əşrəfoğlunun yaxın qohumu idi. Geri qayıt |