Əsas Səhifə > Manşet, Siyasət > "Azərbaycanda pensiya sistemi yoxdur, lotoreya-qumar sistemi var..."
"Azərbaycanda pensiya sistemi yoxdur, lotoreya-qumar sistemi var..."Dünən, 10:52 |
"Azərbaycanda pensiya sistemi yoxdur, lotoreya-qumar sistemi var. Belə ki, vətəndaşlar dövlətlə qumar oynayır- gələcəkdə pensiya ala bilmək üçün hər ay maaşlarının dörddə birini ödəyirlər sosial sığortaya və əgər 65 yaşdan sonra sağ qalsalar, dövlət o pulu 12 ilə bölüb aybaay ödəyəcək". "DİA-AZ" xöəbər verir ki, bu sərt mövqeni Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, tanınmış ekspert Elçin Bayramlı çıxış edib. "Əhalinin də 40 faizi pensiya yaşına çatmadan öldüyündən, lotoreyada uduzur və nə özü, nə də ailəsi 40 il ərzində yığdığı puldan bir qəpik də ala bilmir. Qalanlarının da çoxu 65-dən sonra cəmi bir neçə il yaşaya bilir ki, nəticədə bu puldan kiçik bir hissəni ala bilir. Yığılmış pulun qalan hissəsi qalır dövlətə..." deyə fikrini davam etdirən tanınmış ekspert daha sonra əlavə edib: "İnsanların öz aralarında oynadığı lotoreya sistemi belə bundan daha ədalətlidir. Belə ki, hər kəs qoyduğu pulu tam həcmdə götürür. Üstəlik, də müddəti özləri təyin edilər. Elçin Bayramlı Əgər lotoreya oynayanlardan biri vəfat etsə, pul onun ailəsinə verilir. Pensiya sistemində isə pulu sanki qumarda uduzursan. Ən azı vətəndaşların yarıya yaxını bu puldan bir manat da ala bilmir Qalan yarısının isə çoxu cəmi bir neçə il pensiya ala bilir, yəni yığdığı pulun az bir hissəsini. Pulu tam ala bilmək üçün azı 77 il yaşamalısan. Azərbaycanda bu qədər yaşayanların sayı artıq barmaqla sayılar. Təklif edirəm ki, vətəndaşlarla dövlət arasında bu lotoreya-qumar sistemi ləğv edilsin. Hər kəs ayda maaşının 10 faizini dövlət bankına qoymağa məcbur edilsin və müəyyən müddətdən sonra istədiyi vaxt o pulu götürsün, əgər ölsə, həmin pulu ailəsi alacaq. Həm də bütün pulu geri alacaq, üstəlik də uzun onillərin yığılmış faizləri ilə. Yəni, vətəndaş yekunda qoyduğundan azı 2-3 dəfə çox vəsait alacaq ki, bu da onun ölənədək normal yaşamasına şərait yaradacaq". Geri qayıt |