Əsas Səhifə > Manşet, Sosial > `Azəriqaz` yanvarın borcunu indidən yazır?

`Azəriqaz` yanvarın borcunu indidən yazır?


Bu gün, 10:37
`Azəriqaz` yanvarın borcunu indidən yazır?
"Azəriqaz" İstehsalat Birliyinin yerli idarələrinin dekabr ayı ərzində abonentlərdən iki dəfə pul tələb etməsi halları artıb. "DİA-AZ" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə edilən vətəndaş gileylərindən da anlaşılır ki, "Azəriqaz" dekabrın əvvəlində borclara görə ödəniş adlığı halda ortalama qiymət üzrə də sərf olunmayan qaza görə, ehtimal olunaraq borc tələb etməkdədir ki, bu da haqlı olaraq vətəndaşların narazılığıa səbəb olur.

Bu barədə şikayətçilərdən biri Eyvaz Fərəcov adlı sosial şəbəkə istifadəçisi "Müştəriyəm Şikayətim Var" qrupundakı paylaşımında yazır: "Sizə də, bu ay qaz pulu olaraq bir ayda iki dəfə çek göndəriblər?

Hər dəfə ayın əvvəli çek gəlirdi... ödəyib canımı qurtarırdım...

Bu ay həm ayın əvvəli gəldi (ödədim), həm də bu gün (dünən -red.) gəldi, ikisi də fərqli borclardır..."

`Azəriqaz` yanvarın borcunu indidən yazır?

Qeyd edək ki, vətəndaşın bu gileyinə reaksiya verən digər abunəçi maraqlı bir rəyi ilə diqqətə gəlib. Beləliklə, Əyyub Sadıqov adlı sosial şəbəkə istifadəçisi yazır: "6 gün bayram olacaq deyə yanvarın borcunu indidən yazıblar..."

Geri qayıt