Əsas Səhifə > Manşet, Güney Press > Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR?
Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR?Dünən, 15:50 |
Naxçıvan Təlim Mərkəzinin təşkilatçılığı ilə “Naxçıvan birinci liderlik və inkişaf platforması” çərçivəsində təlim və intelektual oyun təşkil olunub. TNS xəbər verir ki, tədbrdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli də iştirak edib. Bu ayrı mövzudur ki, cənab Nəcəfli son vaxtlar hər yerdə görünmək üçün bütün tədbirlərə qatılır, hətta ciddi əhəmiyyət kəsb etməyən görüşlərdə belə iştirak edir. Ancaq biz bu mövzuya toxunmayacağıq, bu, onun öz işidir. Bu da faktdır ki, son illər Naxçıvanda ciddi uğur qazanılmayıb. Guya Naxçıvanda nəsə edirlər görüntüsü yaratmağa çalışır, gündə bir tədbir keçirib fotosessiya etdirirlər. Mövzumuz Fuad Nəcəflinin liderlik bacarığı ilə bağlıdır. Səlahiyyətli nümayəndə çıxışında təcrübəsinə dayanaraq liderlik bacarığına yiyələnmək üçün səbr, dözüm və özünüinkişaf amillərinin əhəmiyyətindən danışıb. Bildirib ki, insan çalışdığı sahədən asılı olmayaraq, bütün məsələlərə özü cavabdehlik daşıyır. Buna görə də hər kəs daim fərdi inkişafını diqqətdə saxlamalı, müasir dövrün tələbləri ilə uyğunlaşmalıdır. İkinci Qarabağ müharibəsindəki parlaq qələbəmizdən sonra hər bir azərbaycanlı gəncin milli qürur hissinin daha da yüksəldiyini vurğulayan Fuad Nəcəfli gənclərimizin qarşılarına qoyduqları məqsədə çatacaqlarına inandığını bildirib. Səlahiyyətli nümayəndə qeyd edib ki, məqsədə çatmaq üçün hədəflərin davamlılığını da təmin etmək lazımdır. Hesab edirik ki, Fuad Nəcəfli öz təcrübəsindən deyil, dünyanın heyran qaldığı Azərbaycan Prezidentinin liderlik keyfiyyətlərindən danışmalı idi. Fuad Nəcəflinin bu çıxışından sonra bəzi suallar yaranıb. Cənab Nəcəfli artıq bir liderə çevrildiyini göstərmək üçün bu tədbirdə iştirak edib? Bu çıxışı ilə o, nə demək və hansı mesajı vermək istəyir? Bunlar tədbirin gedişindən çıxan suallardır. Bir də Naxçıvandan olan oxucuların sualları var. Fuad Nəcəfli cəmi iki ildir, Naxçıvanda yüksək post tutur. Bundan əvvəl ciddi vəzifəsi olmayıb. 2022-ci ilin dekabr ayına qədər Sumqayıt Texnologiyalar Parkında Müşahidə Şurasının üzvü kimi çalışıb. Əvvəllər isə bizneslə məşğul olub. Necə məşğul olub, ta dərinə getmirik. Keçək oxucuların suallarına. O, liderlik bacarıqlarına nə vaxt və harada yiyələnib? O, özünü artıq Naxçıvanın lideri hesab edir? Bir vaxtlar Vasif Talıbov da belə addımlar atır, özünü mütləqi hakim sayırdı. Fuad Nəcəflini Naxçıvan sakinləri muxtar respublikanın rəhbəri hesab edir. Cənab səlahiyyətli nümayəndəyə təklif edirik ki, diqqətli olsun, çünki onu diqqətlə izləyirlər. Geri qayıt |