Əsas Səhifə > Manşet, Ölkə > Qarabağ qazisi etiraz etdiyinə görə İŞDƏN QOVULUB...
Qarabağ qazisi etiraz etdiyinə görə İŞDƏN QOVULUB...Bu gün, 09:14 |
Şirvan şəhər sakini Elxan Bayramov deyir ki Qarabağ döyüşləri zamanı minaya düşərək yanıq xəsarətləri və tramva alıb, 3 -cü qrup Qarabağ əlilidir. "DİA-AZ"ın məlumatına görə, şikayətçi deyir ki, 2016-cı ildə "Retro holdinq MMC"nin sement zavodunda ambardar kimi çalışıb. Onun sözlərinə görə 2024-cü ilin sentyabır ayında adıçəkilən şirkətə Fuad adlı şəxs drektor təyin edilir. Vətəndaş iddia edir ki, yeni drektor işə başladığı gündən 10 nəfər işçini haqsız yerə işdən uzaqlaşdırıb. Bayramovun sözlərinə görə, buna etiraz etdiyi üçün qərəzli şəkildə drektor onun işini dəyişərək maaşını aşağı salıb. Şikayətçi bildirir ki, şirkətin məsul işçisinə bununla bağlı etirazını bildirib və ondan sonra onu işdən tamamilə uzaqlaşdırıblar. Vətəndaş ona qarşı haqsızlıq edildiyini düşünür və aidiyyatı qrumlardan kömək istəyir... Geri qayıt |