Əsas Səhifə > Manşet, Siyasət > Suraxanı yenə də əvvəlki problemləri ilə üz-üzədir...

Suraxanı yenə də əvvəlki problemləri ilə üz-üzədir...


16-12-2024, 04:48
Suraxanı yenə də əvvəlki problemləri ilə üz-üzədir...
"Keçmiş millət vəkili, hazırkı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olan Adil Əliyevin çox məmurlardan fərqli olaraq, ən azından heçolmasa qayğıya ehtiyacı olan şəxslərə mehriban münasibəti, xoş davranışları ilə mənəvi dəstək olduğunu düşünərək, onu təqdir etmişik. Amma yanılmışıq..." "DİA-AZ" bildirir ki, bu sözləri hazırkı icra başçısından narazılıq edən sakinlər deyir.

Sakinlər daha sonra yazır: "Adil Əliyev başçı təyin olunandan sonra elə bil dəyişdi. Bu gün onun qəbuluna düşmək olmur. Rayonda rəsmən özbaşınalıq hökm sürür.

Hər yerdə təzə başçının adamları pul yığır. Başqa heç nə tanımır. Artıq yorulmuşuq. Adil Əliyev belə davam edərsə, camaat Prezidentdən kömək istəyəcək..."

Qeyd edək ki, müraciətdə Adil Əliyevin adından pul tələb edən məmurların adları çəkilir. Müəyyən araşdırmadan sonra daha geniş müraciət mətnini təqdim edəcəyik. Bizi izləyin...
Geri qayıt