Əsas Səhifə > Manşet, Sosial > Elşən Salahov özünü təriflətməkdənsə, problemləri həll etsin...
Elşən Salahov özünü təriflətməkdənsə, problemləri həll etsin...15-12-2024, 13:23 |
Xəzər rayonunda tikinti sahəsində qanunsuzluq davam edir. Rayondan "DİA-AZ"a daxil olan məlumatlarda iddia olunur ki, qanunsuzluq edənlər icra başçısı Eşən Salahova yaxın şəxslərdir. Bildirilir ki, icra başçısının Arif adlı yaxın qohumu və onun Yaşar adlı dostu hələ də özlərini icra hakimiyyətinin rəsmi işçiləri təqdim edərək tikinti işlərinə müdaxilə edirlər. Məlumatlı mənbə iddia edir ki, Elşən Salahovun adından əsas işləri Zaur Əliyev görür. Mənbə daha sonra bildirir: "Elşən Salahov özünü təriflətməkdənsə, problemləri həll etsin... İşini-gücünü buraxıb özünü yalandan Tik-tok-da tərifləyir. Amma hamı yaxşı bilir ki, tərifləyənlər trollardır. Elə cənab Prezident də bunu bilir və görür. Yəqin ki yaxın günlərdə Xəzər rayonunda başçı dəyişikliyini hər kəs görər..." Geri qayıt |