Əsas Səhifə > Manşet / Güney Press > AMEA-nın başındakı ABSURD TƏFƏKKÜR...
AMEA-nın başındakı ABSURD TƏFƏKKÜR...13-12-2024, 14:17 |
|
"AMEA rəhbəri İsa Həbibbəyli 40 yaşa qədər olanların elmlər doktoru diplomu almasını son illər Akademiyada aparılan məqsədyönlü işlərin real nəticəsi kimi qiymətləndirib..." "DİA-AZ" bildirir ki, bunu öz etirazında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov ifadə edib. O daha sonra əlavə edib: Görün, nə ilə qürrələnir və nəyi ilk sayırıq?! Dövlət əhəmiyyətli problemlər isə tökülüb qalır. Bu ziyanların hesabını, görəsən, kim verəcək?! Sitat: "Sonda hər iki alim 40 yaşa qədər elmlər doktorluğu dissertasiyası müdafiə etmiş alimlərlə AMEA tarixində ilk dəfə olaraq Akademiyanın prezidenti tərəfindən keçirilən görüşə, göstərdiyi xüsusi diqqət və qayğıya görə akademik İsa Həbibbəyliyə dərin minnətdarlıqlarını bildiriblər."..." "DİA-AZ" qeyd edir ki, İ.Abbasov eyni zamanda ironik şəkildə bir müraciət də paylaşıb. Müraciətdə bu günlərdə Bakıda olan dünyaca məşhur Messiyə xitab olunub: "İt günü yaşayan Azərbaycan aliminin cümə axşamı (qeyd? müraciət dünən paylaşılıb -red.) harayı: Xilaskar Messi, bizdən mərhəmətini əsirgəmə, noolar! Vətənimizdə kimsəsiz, evsiz-eşiksiz, ehtiyac içində qalmağa məhkum edilmişik. Əzraili gözləməkdən başqa çarəmiz qalmayıb. Bizə rəhmətinlə təcəlli eylə, açılan əllərimizi boş qaytarma, Ulu Messi! PS. Ümidvaram ki, dərgahında bu acizanə diləklərimin qarşılığında yumruqla yox, mərhəmətlə təcəlli edəcəksən, ey Ulu Dahi!.." Geri qayıt |