Əsas Səhifə > Manşet, Hadisə > "Öz xalqını, öz etnosunu, öz milli obrazlarını, milli dəyərlərini daim təhqir edən..."
"Öz xalqını, öz etnosunu, öz milli obrazlarını, milli dəyərlərini daim təhqir edən..."12-12-2024, 08:48 |
"Universitetdə oxuyarkən fəlsəfəyə çox böyük maraq göstərirdim. Hətta Fəlsəfə tarixi fənnini keçərkən “Zenonun aporiyaları mübahisələr işığında” mövzusunda referat da yazmışdım. Onun “Axilles və tısbağa” aporiyası xüsusilə maraqlıdır. Paradoksun mahiyyəti belədir: “Fərz edək ki, Axilles tısbağadan on dəfə sürətlə qaçır və ondan min addım geridədir. Axilles bu məsafəni qət edənə qədər tısbağa həmin istiqamətdə yüz addım sürünəcəkdir. Axilles yüz addım qaçınca tısbağa daha on addım sürünəcəkdir … Proses beləcə sonsuza qədər davam edəcək və Axilles heç vaxt tısbağaya çata bilməyəcəkdir”. "DİA-AZ" bildirir ki, bu ironik yanaşmanın müəllifi xeyli müddətdir ki, Azərbaycan Dillər Universitetində müşahidə olunan qanunsuzluqlarla bağlı ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyevdir. Onun növbəti açıqlamasından bəzi hissələri təqdim edirik: "Bizim də buna bənzər bir paradoksumuz vardır. Birdən düşünərsiniz ki, bizim paradoksumuzda tısbağa Kamal Abdullayevdir. Yox. Tısbağa Nobel mükafatıdır. Axillesi isə Kamal Abdullayev təmsil edir. Nobel mükafatı ondan min addım irəlidədir. Kamal Abdullayev başqalarının ideyalarını oğurlayır, fikirlərini dəyişdirərək öz əsərlərinə pərçim edir, Nobel mükafat(çılar)ından on dəfə sürətlə əttökən, vecsiz, eyni zamanda məzmunca təhqiramiz əsərlər yazır, lakin “Nobel”ə çata bilmir ki, bilmir. Çatmayacaq da! Məsələnin paradoksallığı da elə bundadır. Yazıçı, əlbəttə, müəyən tarixi, mifik və başqa obrazlardan istifadə edərək onu öz təxəyyülünün məhsulu kimi yenidən, başqa şəkildə canlandıra bilər. Lakin heç kimin xalqın, etnosun nəsildən nəslə ötürdüyü, yaşatdığı, keçmişinin mənəvi irsi kimi dəyər verdiyi bir obrazı təhqir etmək haqqı yoxdur. Kamal Abdullayev isə Dədə Qorqudla bağlı əsərlərində, xüsusilə də “Casus”da el ağsaqqalı Dədə Qorqudu, bütövlükdə oğuzları ələ salır, təhqir edir, onları xalqa başqa cür, alçaldıcı şəkildə təbliğ edir. Bu azmış kimi, “Kitabi-Dədə Qorqud”dakı Boğazca Fatmanı özünün “Casus”unda bir gündə qırx kişi ilə görüşdürərək oğüz qadınının, Azərbaycan qadınının ağlasığmaz ümumiləşdirilmiş obrazını yaradır. “Bir yay axşamı” hekayəsində o, gənclərə əxlaqsızlıq aşılayır, onları kosmopolitizmə səsləyir. İndi Avropa ölkələrinin eynicinslilər haqqında qəbul etdikləri və başqa xalqlara qəbul etdirmək istədikləri qanunların əlamətləri Kamal Abdullayevin bu hekayəsində artıq çoxdan vardır. Bununla belə, 2022-ci ilin 24 sentyabrında “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş “Casus” – qadağan olunmuş tamaşa” başlıqlı yazısında Kamal Abdullayev 2001-ci ildə onun bu təhqiramiz tamaşasının nümayişinə icazə verilməməsində ölkənin siyasi rəhbərini, yəni həmin dövrdə ölkəyə rəhbərlik etmiş Ümummilli lider Heydər Əliyevi utanmadan ona qarşı repressiyada ittiham edir. Halbuki bir il əvvəl Ümummilli lider bu nankoru sonradan onun talan etdiyi Bakı Slavyan Universitetinə rektor təyin etmişdi. Ortaya belə bir sual çıxır – bu nankor nə istəyir? Mən Kamal Abdullayev kimi “qeyri-səlis məntiq”lə düşünməkdən uzağam. Ona görə də bu suala məntiqli iki çavab verəcəyəm və onlardan, ən azı, biri və ya hər ikisi doğrudur. Öz xalqını, öz etnosunu, öz milli obrazlarını, milli dəyərlərini daim təhqir edən, rəhbərlik etdiyi və viran qoyduğu, strateji sahə, xalqın gələcəyinin qarantı olmalı olan təhsildən əsər-əlamət qoymadığı, diplom satışı bazarına, intriqa yuvasına və işgəncə düşərgəsinə çevirdiyi, əməkdaşlarının cibinə girdiyi, rüşvəti qanuniləşdirdiyi müəssisədə qadınlara “ov” kimi baxan və buna görə özünü hətta kabinetinin pəncərəsindən atılmaq həddinə çatdırmış Kamal Abdullayev ya başqa etnik qan daşıyıcısıdır (bu səbəbdən onun genetik informasiyasının daşıyıcısı olan DNT-si yoxlanmalıdır), ya da elə tamaşaya qoydurduğu pyesindəki kimi, özü hansı ölkənin və ya qurumunsa Azərbaycanda milli dəyərləri məhv etmək üçün yerləşdirdiyi casusdur. Hər iki hal onun Nobel mükafatına gedən yolu işıqlandırsa da, belələrini öz yaxın təcrübəsində görmüş Azərbaycan xalqı “repressiya”ya məruz qalmış “dissident” Kamal Abdullayevin tısbağaya çatmasına imkan verməyəcəkdir – tısbağa arxası üstə çevrilmiş olsa belə..." Geri qayıt |