Əsas Səhifə > Manşet / Güney Press > Gün ərzində 5-6 dəfə müştəri hesabı BLOKLANIR...
Gün ərzində 5-6 dəfə müştəri hesabı BLOKLANIR...11-12-2024, 17:20 |
|
Referans.az xəbər verir ki, müştərilərdən biri sosial şəbəkə hesabında “Ziraat Bank” dan şikayətçi olduğunu yazıb. Arzu Umut adlı sosial şəbəkə istifadəçisi şikayətində bildirib ki, o yaxın çevrəsindəki insanları da bu banka güvənərək yönləndirməsinə baxmyaraq sözügedən bank onun müştəri hesabını hər gün 5-6 dəfə bloklayır. Həmçinin də bu azmış kimi hesabın bloklanması ilə bağlı mesaj göndərir. Vətəndaş bank tərəfindən belə bir addımın niyə atıldığını sual edir. Eyni zamanda vətəndaş rəy bölümündə yazdığı şərhdə “Ziraat Bank”-ın İçərişəhər filialından şikayətçi olduğunu bildirir. Həmin şikayəti olduğu kimi təqdim edirik: Nə verir baş? Mənim sevimli bankım. Bütün yaxın çevrəmi güvənərək yönləndirdiyim bankım. Mən və müştəri təmsilçim blokdan çıxartmaqdan bezirik, siz bezmirsiniz. Gündə 5, 6 dəfə hesabımı bloklayıb, böyük şücaət göstərirmiş kimi mesajda göndərirsiniz ki, bəs bloklamışıq. niyə də niyə? Şərhlər bölümündə isə daha bir vətəndaş “Ziraat Bank” dan şikayətini yazır. Enver Resul Mireliyevlər adlı sosial şəbəkə istifadəçisi isə sözügedən bank haqqında belə rəyi yazıb: "Bu ziraat bank dəli olub.Dünen de qizimin kartini blokluyublar. Qizim Ankarada acdirmisdi hesabini kartinda da pul var. Dunen aliş veriş etdiyi yerde kartini blokladilar". Geri qayıt |