Əsas Səhifə > Manşet, Cəmiyyət > Binəqədidə DÖVLƏTİN CİBİNƏ GİRƏN KİMDİR?

Binəqədidə DÖVLƏTİN CİBİNƏ GİRƏN KİMDİR?


11-12-2024, 11:17
Binəqədidə DÖVLƏTİN CİBİNƏ GİRƏN KİMDİR?
Son aylar vətəndaşların və işçilərin ən çox şikayət etdikləri qurumlardan biri də Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyidir. AzFakt.com-a daxil olan məlumata görə, Elmin Zamanovun rəis olduğu Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindədə adı olub özü olmayan “işçilər” mövcudur və onların adına yazılan əmək haqqı bir nəçə vəzifəli şəxs arasında bölünür.

Bildirək ki, Binəqədi rayon MKTB 61700 nəfərə xidmət etməklə ərazisi 6, 7, 8, 9-cu mikrorayonları, Naxçıvani küçəsini, Dərnəgül yaşayış massivini, Biləcəri və Binəqədi qəsəbəsinin məhdud sahəsini əhatə edir. MKTB-nin balansında 111 ədəd birmərtəbəli, 11 ədəd ikimərtəbəli, 2 ədəd üçmərtəbəli, 6 ədəd dördmərtəbəli, 86 ədəd beşmərtəbəli, 2 ədəd yeddimərtəbəli, 159 ədəd doqquzmərtəbəli, 5 ədəd onmərtəbəli, 6 ədəd on iki mərtəbəli, 7 ədəd on altı mərtəbəli və 1 ədəd on səkkiz mərtəbəli bina yerləşir. Birlikdə ümumilikdə 850-yə yaxın işçi çalışır.

Birlik rəhbərliyininn digər qazancının isə JEK-lər vasitəsilə vətəndaşlardan qanunsuz olaraq mənzil pulu yığımı və hər ay fərdi yaşayış evlərindən, ticarət və iaşə obyektlərindən yığılan zibil pullarıdır. Məlumata görə fərdi yaşayış evlərindən, ticarət obyektləri və iaşə oyektlərindən alınan zibil pulunun böyük hissəsi sənədləşdirilmir və yığılan pullar Binəqədi rayon MKTB rəhbərliyi tərəfindən mənimsənilir.

Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanovun rayon ərazisində aparılan tikintilərədə "nəzarət" etdiyi bildirilir. İddialara görə başçı Elxan Allahverdiyev rayondakı tikinti işlərinin bir hissəsinin "icazə" hüququnu Elmin Zamanova verib.

Qeyd edək ki, bu ilin 26 mart tarixində Binəqədi rayon sakini, 1979-cu il təvəllüdlü Aynurə Mehdiyeva yaşadığı Biləcəri qəsəbəsi, Yahya Hüseynov küçəsində yerləşən yaşayış binasında liftin qapıları arasında qalaraq ölmüşdür. Yaşayış binasında baş vermiş ölüm hadisəsi ilə bağlı 107 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Rüfət Süleymanov tutduğu vəzifədən azad edildi və rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə aparılan araşdırmaya görə bir müddət vəzifəsindən kənarlaşdırıldı. Bu hadisədən sonra Elmin Zamanovun vəzifəsindən uzaqlaşdırılacağı gözlənilsədə, bir müddət sonra o yenidən Binəqədi rayon MKTB-nın rəhbərliyi vəzifəsinə qayıtdı.

Geri qayıt