Əsas Səhifə > Manşet, Güney Press > "Pul verməmək üçün hər şey edirlər"

"Pul verməmək üçün hər şey edirlər"


9-12-2024, 16:11
"Pul verməmək üçün hər şey edirlər"
Hüquqşünas Şamil Paşayev "Meqa Sığorta" şirkətindən şikayət edib.

"Unikal"ın məlumatına görə, bu barədə sosial şəbəkə hesabında məlumat verən Ş.Paşayev bildirib ki, 10 gündən çoxdur ki, onun maşınını zəncirvari qəzada vurublar:

"27 noyabrdan mən bu pul ödəməyən sığorta şirkətinin ("Meqa Sığorta" - red.) dalınca düşmüşəm. Sözsüz ki, məhkəməyə verib nəticə əldə edəcəm, amma ciddi şəkildə belə işləmək ayıbdır.

Ölkədə sığorta bazarı ona görə işləmir ki, bunlar sadəcə pul verməmək üçün hər şey edir. Mənə maşının düzəlməyi lazımdır, adamlar nə qiymətləndiriblərsə, demirlər.

Maşını verirəm düzəltmirlər. Bu işləmə metodudur?! Axı mən o pulu sizdən alacam", - deyə hüquqşünas qeyd edib.

Geri qayıt