Əsas Səhifə > Manşet, Güney Press > Səhiyyə sisemində TENDER YEYİNTİSİ...
Səhiyyə sisemində TENDER YEYİNTİSİ...9-12-2024, 15:14 |
Səhiyyə Nazirliyi bir gündə xeyli sayda tender keçirib. Dünən nazirlik qaliblərin adını açıqlayıb. İlk tender Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi tərəfindən keçirilib. Naxçıvan Muxtar Respublikasi Təcili Tibbi Yardım xidmətinin, Əliqulu Qəmküsar küçəsində yerləşəcək ərazidə avtomobillər qarajı və Təminat mərkəzinin ümumi layihə işləri üzrə sənədlərin hazırlanmasını ehtiva edən işlərə 53.639,34 manat xərclənəcək. Bununla bağlı müqavilə isə “ARXPROYEKT” MMC ilə bağlanılıb. Nazirliyin ikinci tenderi isə Respublika QİÇS-lə mübarizə mərkəzi üçün avtomobillərin satınalınması ilə bağlı olub. Tribunainfo.az xəbər verir ki, bu məqsədlə “Azərbaycan Avtomobil Evi” MMC ilə 92.310 manata razılaşıblar. Nazirliyin Tikilməkdə olan Müəssisələrin Müdriyyəti isə Səhiyyə Nazirliyinin tabeliyində olan Tibb Müəssisələrinin cari təmir işlərini reallaşdırmaq fikrindədir. “NN-MED TƏMİR TİKİNTİ” MMC ilə bağlanlşmış satınalma müqaviləsinin dəyəri 116.814,28 manat təşkil edib. Bundan başqa, nazirlik “Pirallahı Tibb Mərkəzi” üçün də maşın və avadanlıqların satınalınmasını həyata keçirəcək. “VIVA MEDICAL GROUP” MMC ilə bu məqsədlə 130.472,6 manatlıq müqavilə imzalanıb. Tribunainfo.az onu da bildirir ki, nazirlik Ağdaş Mərkəzi Xəstənanası üçün təsərrüfat və digər malların, Saatlı Mərkəzi Xəstəxanası üçün isə mətbəə məhsullarının, dəftərxana və təsərrüfat mallarının satınalınmasını da həyata keçirmək üçün tenderin qaliblərini açıqlayıb. Ağdaş xəstəxanası “PROMATECH GROUP” MMC ilə 36.046,51 manata, Saatlı xəstəxanası isə “A4 OFİS” MMC ilə 51.353,01 manata anlaşıblar. Səhiyyə Nazirliyinin sonuncu tenderini isə Respublika Neyrocərrahiyyə Xəstəxanası keçirib. Tibbi və digər avadanlıqların satınalınması üçün “KRİPTO LAB” MMC ilə müqavilə bağlayan qurum, bu işlərin görülməsi üçün qarşı tərəfə 76.402,64 manat ödəniş edəcək. Tribunainfo.az Geri qayıt |