Əsas Səhifə > Manşet, Sosial > Bu icra başçıları YOL ÜSTÜNDƏDİR
Bu icra başçıları YOL ÜSTÜNDƏDİR7-12-2024, 06:35 |
Yaxın günlərdə bir neçə rayonun icra başçısı postunda dəyişiklik gözlənilir. Bu barədə "DİA-AZ" hökumətdəki mənbədən məlumat əldə edib. Verilən xəbərə görə, gələn ilin yanvar ayından etibarən prosesə start verilir və ilk növbədə aşağıdakı fiqurlar görəvdən alınacaq. "DİA-AZ" olaraq həmin vəzifəlilərin adlarını təqdim edirik... Beləliklə... Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov 6 ildir başçı vəzifəsini icra edir. O, 7 iyun 2018-ci il tarixindən Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Amma "vurulacaq" fiqurlar siyahısında adı ilk yerdədir. Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov 12 ildir ki, başçı vəzifəsindədir. 2012–2016-cı illərdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. 2016-cı ildə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Hətəmov bu ilin sentyabr ayında isə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Yəni hazırkı postunda yeni olmasına rəğmən barəsində gediş qərarı qəbul olunub. Qax rayon İcra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadə 17 ildir vəzifədədir. O, 27 dekabr 2007-ci ildən 1 sentyabr 2009-cu ilədək Qax rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsini icra edib. Hazırda Zaqatala rayonu İcra Hakimiyyətinin Başçısıdır. Və qocaman başçını artıq qoruyacaq Əhməd Əhmədzadə kimi səlahiyyətli qardaş amili də qalmayıb. Lənkəran rayon İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov isə düz 28 ildir ki icra başçısı işləyir. O, 1996–2002-ci illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, 2002–2006-cı illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2006–2011-ci illərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2011–2012-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. 14 aprel 2012-ci ildən isə Lənkəran Şəhər İcra Hakimiyyətinə başçılıq edir. Və indi də gediş vaxtıdır. Hər halda, adları çəkilən vəzifəlilər sevinməlidirlər ki, barələrində bir başqa qərar - məsələn, həbs qərarı verilmir. Halbuki onların hər biri ilə bağlı belə bir qərarı asanlıqla vermək olar.... Geri qayıt |