Əsas Səhifə > Manşet, Ölkə > “Unibank”ın “Əjdaha” lotereyasının yalan olduğu üzə çıxdı
“Unibank”ın “Əjdaha” lotereyasının yalan olduğu üzə çıxdıDünən, 11:36 |
İki aydır “Unibank”ın “Əjdaha lotereyasına qoşulmuşuq. Bir dostumla bərabər ikimizin 3453 şansı var və birgə (29.11.2024) iki tirajda iştirak etmişik. Ancaq maraqlıdır ki, 3-5 şansla guya avtomobil, İphone udanlar var. Ancaq biz 3453 şansa heç 10 manat da udmadıq. Tribunainfo.az xəbər verir ki, bu barədə lotereya iştirakçısı Tural Məmmədli yazıb. O bildirib ki, lotereyada bu dərəcədə anormallıq seçimin nə qədər ədalətli aparıldığını göstərir: ““Unibank”a güvənərək xərcləmələrinizi oradan etmək sizə heç bir şey qazandırmayacaq. Məsələni araşdırmaları üçün müvafiq qurumlara da şikayət ünvanladıq”. Geri qayıt |