Əsas Səhifə > Manşet, Güney Press > OPTİMALLAŞDIRMA adı altında İŞÇİ İXTİSARI...

OPTİMALLAŞDIRMA adı altında İŞÇİ İXTİSARI...


3-12-2024, 12:36
OPTİMALLAŞDIRMA adı altında İŞÇİ İXTİSARI...
"Bəlkə yazılanlar həqiqətdir və işçilərin əmək haqları buna görə artırılmır?" "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında qeyd edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı olduqca ilginc bir nüansa toxunub.
M.Qəhrəmanlı qeyd edir: "OPEC+ ölkələrin əldə edilən razılığa görə, Azərbaycan 2020-ci il, mayın 1-dən gündəlik 718 min barel yox, 554 min barel neft istehsal etməyi öhdəsinə götürdü. Nəticədə 2020-2021-ci il ərzində Azneft strukturuna daxil olan quruda neft hasil edən dörd NQÇİ-də bəzi quyuların bağlanması ilə əlaqadar çoxlu sayda işçi ixtisar olundu,bəziləri Proqrama qoşuldu və onların əksəri işlə təmin olunmadi. İxtisarlar “optimallaşma” adı altında həyata keçirildi
Təşkilata yazdılar ki:
İndi də tez-tez “Transformasiya” adı ilə “işçi sayının azaldılması” siyasəti həyata keçirilməyə hazırlanır. Rəhbər şəxslərdən(ad yazılıb) birinin təklifi , təşəbbüsü ilə tabe qurumların rəhbərlərinə tapşiriq verilib ki, 2 il ərzində hər bir idarənin işçi sayi 25 faiz azaldilmalidir. Səbəb də o göstərilir ki, işci sayi coxdur. Hal hazirda boş vakant yerlərin baglanması prosesinə start verilib.Yeni ildən isə keçəcəklər canlı işçilərə.
Sual olunur: Yazılanlar həqiqətdirsə bəs proses Baş ofisə şamil olunmayacaq ki? Ən ciddi ixtisar (çoxsaylı müavinlər, müşavirlər, köməkçilər, departamentlər və s və i) bu qurumda labüddür. Həm artıq işçi çoxluğu,həm də “peşəkar” və ən yüksək əmək haqqlı..."

Geri qayıt