Əsas Səhifə > Manşet, Hadisə > Canəli Nəbiyev rəsmən PROBLEMƏ ÇEVRİLİB
Canəli Nəbiyev rəsmən PROBLEMƏ ÇEVRİLİB3-12-2024, 10:14 |
Keçən günlərdə "DİA-AZ" olaraq Ağdam Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin direktoru vəzifəsini tutuan Nəbiyev Canəli Xanəli oğlu ilə bağlı ittihamların yer aldığı bir müraciəti diqqətinizə təqdim etdik. YAZISI BURADA: "Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" - MÜRACİƏT Qeyd edək ki, sosial şəbəkələrdə geniş müzakirə olunan bu məsələyə nədənsə qarşı tərəf kimi KİV-ə açıqlama verməli olan Canəli Nəbiyev cənabları fərqli bir yol tutdu və trol hücumu vasitəsilə sosial şəbəkələrdə özü barəsində müsbət rəy yaratmağa çalışdı. Lakin bu çabalar əbəs idi. Çünki hər zaman olduğu kimi bu dəfə də trollar məntiqsiz göründü, sayları yetərincə az alan real şikayətçilər isə hörmətli Canəli müəllimin törətdiklərini "canlı-canlı" diqqətlərə təqdim etdilər. Biz də onlardan bəzilərini "DİA-AZ" olaraq fürsətkən oxucularımızla bölüşmək istəyirik. Beləliklə, narazı vətəndaşlarımız yazır: " "Dörd yol-1" qəsəbəsində tibb məntəqəsində əhaliyə iynə vurulmasına qanunsuz olaraq qadağa qoyub. Canəli Nəbiyevin bu qadağası səbəbindən gərək, xəstələr qəsəbədən Quzanlıya gedib iynə vurdursunlar... Məsələn, mən bir iynə vurdurmaq üçün 10 manat yol pulu verməliyəm hazırda... Axı nəyə görə? Canəli Nəbiyev sanki Ağdama xəstələri qırmağa gəlib... İynə olmaz... sistem olmaz... Bu nə deməkdir? Onun əlindən neçə-neçə həkim başını götürüb Ağdamdan gedib. Təsəvvür edin, hamilə qadın normativ yoxlanış üçün qəsəbədən Quzanlıya, ordan da Xındırıstana getmək zorundadır. Əgər bu kənd tibb məntəqələri lazım deyilsə, bağlayın birdəfəlik, camaat da işini bilib, köçüb getsin..." DAVAMI VAR... Məsələ diqqətimizdədir... Geri qayıt |