Əsas Səhifə > Manşet, Güney Press > Qax rayon İcra Şöbəsi QANUN-MANUN HƏRLƏMİR...
Qax rayon İcra Şöbəsi QANUN-MANUN HƏRLƏMİR...2-12-2024, 17:06 |
Qax rayonu, İbaxlı kənd sakini Abdurahmanova Vüsalə Firudin qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir: "Əvvəlcə məlumat üçün bildirim ki, mən, Qax rayon Qıpçaq kənd sakini Osmanov Rüstəm Rafiq oğlu ilə 2012-ci il tarixində rəsmi nikaha girmişik. Bu nikahdan 24.09.2013-cü il tarixdə Osmanova Zəhra Rüstəm qızı və 04.01.2016-cu il tarixində OsmanovaZeynəb Rüstəm qızı adlı, qızlarımız dünyaya gəlmişdir. Mən toyumuzdan sonra ərimə məxsus Qax rayonun Qıpçaq kəndindəki ünvanında yerləşən 5 otaqlı mənzilə gəlin köçmüşdüm. 29 dekabr 2015-ci il tarixli Qax Rayon Məhkəməsinin qətnaməsilə mənimlə ərim arasında nikah pozulmuşdur.Və həmin vaxtdan başlayaraq Rüstəmlə bigə nikahdan doğulmuş 2013-cu il təvəllüdlü Osmanova Zəhra Rüstəm qızının və 2016-cı il təvəllüdlü Zeynəbin saxlanması və müalicələr olunması üçün 2022-ci ilədək heç bir maddi köməklik göstərilməmişdir. Baxmayaraq ki, Qax rayon Məhkəməsində aliment verilməsi qət edilmişdir. Qətnamə çıxanadək o bir manat da olsa pul ödəməmişdir. Sonradan isə Qax rayon Məhkəməsinin vicdansız hakimilə gizli sövdəkləşməsindən sonra o tövsiyəyə uyğun olaraq Sosial Təminat Nazirliyində “VTEK-dən özünə əvəlcə saxta əlillik ( 3-cü qrup üzrə) dərəcəsini külli-miqdarda rüşvət verib düzəltdirmişdir ki, hər iki uşaq üçün cəmi 50 manat pul ödəsin. Bəli, belə də olmuşdur. Halbuki bu adam mən tanıyandan öküz kimi sağlam olmuşdur. Və yorulmadan gecə gündüz işləməklə çoxsaylı mal-qara bəsləməklə məşğul olmuş varidat toplamışdır. Yəni heç bir xəstəliyi olmamışdır. 2014-cü ildən boşanma rəsmiləşmişdirildikdən sonra mən yenidən övladlarımla ata yurdu olan Qax rayonun İbaxlı kəndindəki evdə yaşayıram. Budur rəsmi boşanmadan 10 il keçməsinə baxmayaraq ailə başçısı olmuş Rüstəm hər bir uşağa aliment olaraq əvəllər bir neçə il cəmi 25 manat pul ödədi. Halbuki, keçmiş ərimin maddi imkanları çox genişdir. Ailəsinin yeganə övladı kimi onların hazırda Qaxın İbaxlı və Qıpçaq kəndindəki geniş evlərindən başqa Bakı, Mingəçevir, Qax şəhərlərində də şəxsi evləri vardır. Yaşadıqları Qıpçaq kəndində isə 1000 baş xırdabuynuzlu və 55 baş baş iribuynuzlu mal-qara sahibidir. Geniş torpaq sahələri(hansı ki, rəsmən taxıl əkməyə görə son illər 6 ha torpağa görə 2019-cu ilədək 3000 manat subsidiya alırlar), fındıq, qoz bağları, fermaları, kənd təsərrüfatı texnikaları və işçiləri vardır. Bir sözlə, kəndin ən imkanlı və varlı fermer ailəsi hesab olunurlar. Amma Rüstəm iki zavallı və köməksiz qalmış övladlarına dövlətin təyin etdiyi hər bir uşaq üçün olan sabit pul məblıəğini ödəməmək üçün Sosial Təminat Nazirliyinin yerli şöbəsində özünü 2-cü qrup əlil kimi sənədləşdirərərk(tam sağlam olan Rüstəm 2017-ci ilin iuyl ayında 3000 manat rüşvət hesabına 3-cü qrup əlillik dərəcəsi almışdır) guya 55 manat pensiya aldığını bəyan etməklə aliment vermək imkanının olmadığını rəsmi orqanlara yalandan bildirmişdir.Və belə də bir müddət aliment etmişdir Yəni pensiyasının məbləğini göndərmişdir 55 manatı. Hələ o vaxtı - 6 yanvar 2018-ci il tarixli şikayət ərizəmizə 19 fevral 2018-ci il tarixli Ombudsman Aparatının sədrinin imzasıilə daxil olmuş cavab məktubunda bizə bir çox məsələlər aydın olmuşdur. Belə ki, hörmətli Elmira Süleymanova Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə tapşırıq verərək mənim aliment məsələmin araşdırılmasını xahiş etmişdir. Rəsmi cavabdan aydın olur ki, Qax İcra Şöbəsi əvvəlcə 2014-cü ildən başlanmış icraat zamanı borclu alimenti qeyri-müntəzəm şəkildə ödədiyini bildirir və yaranmış aliment borcunun ödənilməsi üçün R.Osmanovun yetərli əmlakı "aşkar edilməməsini" vurğulayır. Bəs o zaman sual olunur ki, valideynlərilə birlikdə yaşayan və fermer fəaliyyətilə intensiv məşğul olan Rüstəmə görəsən heç olmasa ailənin əməkhaqqı verdiyi çoban və nökərləri qədər əməkhaqqı və pay vermirmi? Qax rayon İcra Şöbəsi həmişəki kimi mənim işimdə də qanunsuz işlərlə məşğul olaraq çoxsaylı milyonluq sərvətlər toplamış ərimin guya heçnəyi yoxmuş kimi “sudan quru çıxarması” cəhdi” onun bu adamla gizli sövdələşməsindən xəbər verir.Və maddi maraqları təmin edilərək bu adamı müdafiə edib evinə çörək aparır. Axı Bakıdakı, Mingəçevir şəhərindəki Qax şəhərindəki evlərin hamısı Rüstəmin adınadır. Eləcə də bir çox əmlaklar. Necə dəfə cəhd etmişəm ki, ünvanlı sosial yardım ala bilim. Özünəməşğulluq proqramına yazılım. Amma imkan verilməyib. Süründürməçilər bir iş də olsa təşkil etməyiblər ki, atamın çörəyinə möhtac qalmayım. Bəli, 2017-ci ildən isə Qax İcra şöbəsi Ombudsman Aparatına rəsmi cavab verir ki, R.Osmanov 55 manat təqaüd aldığı müəyyən edilərək tələb həmin vəsaitə yönləndirilmişdir. Yəni, son 3 il ərzində bu şöbə müəyyən edib ki, 2017-ci ilin iyul ayında Rüstəm 3-ci qrup əlil olubmuş və dərhal hərəkətə keçib məsələni “Həll ediblər. Digər tərəfdən sağ olsunlar ki, İcra şöbəsi 2016-cı ildə R.Osmanov barəsində aliment verməkdən yayındığına görə formal olaraq inzibati protokol tərtib edib Qax rayon Məhkəməsinə göndəriblər. Və bugünə kimi bizə məlum olmayan 08.11.2016-cı il və təkrar olaraq 01.02.2018-ci il tarixli məhkəmə qərarına əsasən yerli icra şöbəsinin təqdimatının rədd edilməsilə bağlı vicdansız hakim məhkəmə qərarı verilmişdir. Əsaslandırlmışdır ki, guya R.Osmanovun maddi imkanı yoxdur və o əlildir. Halbuki, R.Osmanov rəsmən 2017-ci ildə rüşvət hesabına “əlillik” dərəcəsi almışdır. Amma mən bir insan olaraq, bir ana olaraq Osmanovlar ailəsinin var-dövlətində gözüm və iddiam yoxdur, başlarına dəysin.Orada qalan cehiz əşyalarım da başlarına dəysin. Mənim bircə istəyimvarki, son illərdə dövlətin təyin etdiyi hər bir uşaq üçün sabit pul olan alimentpulunualıbbuzavallı uşaqları dolandırım. Başqaheçnə. Rüstəm Osmanov 2015-ci ildən 2017-ci ilədək hərdən bir neçə dəfə ayda 25 manat olmaqla 2017-ci ildən isə sağlam olduğu halda özünə rüşvət hesabına aldığı əlillik dərəcəsinə görə bir neçə dəfə az miqdarda pul ödəsə də, son illərdə aliment ödəməmişdir. Cəmi yığılan pul isə 2024-cü ilədək 7500 manatdır. Ona görə alimentdən yayınmaq üçün R.R. Osmanov aliment pulunu az ğdəməsi üçün 2022-ci ildə yenidən 4000 manat ( norma belədir) rüşvət verib ikinci 5 illiyə özünü 2-ci qrup psix əlil kimi yerli komisiyaya təsdiq etdirmişdir. Sonuncu şikayət məktrubumdan sonra isə onu təsdiq ediblər ki bu adam tam sağlamdır. Amma yenə də illərlə yığılıb qalan aliment pullarını təxminən 4500 manatı ödəmir. Və Qax icra Şöbəsinin icraçısı da süründürməçiliklə məşğuldur. Yəni belə bir vicdansız adamla sövdələşib 2 azyaşlı uşaqların ac qalması səbəbindən öz ailəsini haramçılıqla dolandırmaqla məşğuldurvə bu işini davam etdirir. Ədliyyə Nazirliyinin belə vicdansız icra məmuru barəsində nəhayət son qərar verilməlidir ki, mənim ailəmə düşən və yığılıb qalan bütün aliment ödənişləri hesablanaraq verilsin. Rüstəm Osmanov bu günə kimi mənim cehizlərimin də hamısını dağıdıb mənimsəmişlər. Tək nişan üzüyündən başqa digər mənə çatacaq qızılları da mənimsəyib satmışlar. Yəni bu ailə tam bir dələduzlar, talançılar. Bəs əslində Rüstəm Osmanov necə xəstəlikdən əlilliyə çıxıb? Mən bu adamı tanıyandan o yersiz yerə gülə gülə durudu. əvvəllər başa düşmürdüm ki. Yəqin keyfindıən gülür. Sonra məlum oldu ki, belə adamlar yalnız narkotik təsirində olduqları zaman özlərini yersiz və şit aparır, özlərindən asılı olmayaraq uzun müddət səbəbsiz gülürlər. Ona görə onun bu davranışını yerli həkim komissiyası guya psixi xəstə kimi yozaraq aldıqları rüşvət müqabilində onu əlillik dərəcəsi təyin ediblər. Bəli dəflərlə ƏƏSMN-nin nazirinə və Daxili Audit rəisi Heybət İmanova bu barədə yazmışdım. Əlillik İdarəsindən də Mətanət Məmmədova rəsmi məktubla bildirmişdir ki, qeyd etdiyiniz məslə araşdırılacaq. Amma sonra yenidən ört basdır edildi. Əgər R.Osmanovun qan analizini narkoloji testdən keçirsələr bunu əyani görərlər. Və əlilliyini ləğv edə bilərlər. Bunu isə etmək istəmirlər. Çox təəssüflər olsun ki, mənim Qax İcra şöbəsinin icra məmurunun süründürməçiliyindən yazdığım 4 fevral 2024-cü il tarixli şikayətimdən sonra Qax İcradan gündə 30 dəfə zəng edərək tələb edirdilər ki, gəl idarəyə və izahat yaz ki, mən bu şikayət məktubunu yazmamışam Və yaxud qanmamışam.. 20 gün ardıcıl olaraq zəhləmi tökdülər. Mən də getmədim. Qax İcra Şöbəsinin müdiri olan Sənan məni hədləyərək bildirdi ki, bundan sonra görəcəksən aliment necə ödənilir. bu vaxta kimi biz hissə hisə Osmanova ödətdirirdik. Ona görə də səninlə biz prinsip apararıq şikayət yazmağının nəticəsini görərsən. Doğrudan da, Sənan müdir dediyini edir. Əvvəl 2 uşağa birlikdə 120 manat ödənirdisə, indi cəmi 105 manat ödənir və çox gec. budur, çarəsizlikdən şikayət yazdığımdan xoşlanmayan Sənan mən başsız ailənin uiki azyaşlı ilə kirayələrdə sürünən bir zavallı ilə «KİŞİ» mübarizəsi aparır. Bu da dövlət məmuru olan Azərbaycan kişisi. Bu adam son 10 ildə alimentdən yığılıb qalan pulların ( təxminən 7000 manat) ödənilməsini xahiş etdiyim üçün mənimlə prinsipə girməyi özü üçün böyük bir QƏHRƏMANLIQ hesab edir. Dövlət isə bu qulluğu və vəzifəni ona görə Sənan kimisinə verib ki, ağır sosial vəziyyətdə yaşayan insanların qanun qarşısında qorunan hüqularını və Azərbaycan Dövlət adından qəbul edilmiş qərar və qətnamələri heç bir şərt qoymadan yerinə yetirməklə məşğul olsun. Bir tərəfdən mən Sənanda da bir o qədər günah görmürəm. Ədliyyə Nazirliyinin Baş İcra İdarəsi rəisi belə xarakterli adamı bu vəzifəyə təyin edibsə, və mənim şikayətimi araşdırmaq və tədbir görmək əvəzinə mənə şikayətimi geri götürmək üçün təzyiq edirsə. deməli günah nazirdə və İcra baş İdarəsi rəisində olub. Ki onlar yerində deyillər. Ona görə də yeni nazir cənab Fərid Əhmədovdan və yeni İcra və probasiya Baş İdarəsi rəisindən xahişim budur ki, Sənan kimi vəzifə səlahiyyətlərindən düzgün istifadə etməyənləri başa salmalı və onların işlərini nəzarətdə saxlamalıdırlar ki, Qax rayonunda özbaşnalıq çox olmasın. Hörmətli nazir Siz 6 ay əvvəl bütün İcra məmurlarına ilk növbədə göstəriş vermisiniz ki, qanunvericiliyin tələblərinə vaxtında və operativ surətdə əməl edilsin. Ona görə də Sizdən çox xahiş edirəm ki, çörəyə möhtac qalan azyaşlı uşaqlara çataqcaq aliment pulunu ödəməyə məcbur etməyən, yığılıb qalan pullarla bağlı tədbir görməyən Qax rayon İcra Şöbəsində baş verən qanunazidd hərəkətlər barəsində ciddi araşdırma aparılmasına və lazımi tədbirlər görülməsinə göstəriş verəsiniz ki, sonda bizim ailəyə çatacaq aliment pulları birdəfəlik ödənilsin..." Geri qayıt |