Əsas Səhifə > Manşet, Siyasət > Şəki sakini ACINACAQLI DURUMDA
Şəki sakini ACINACAQLI DURUMDA2-12-2024, 08:07 |
Şəki rayon Baş Göynük kənd skini Salmanov Baba Məmmədiyə oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir: "Mən, Salmanov Baba hazırda 33 ildir ki, 7 övladımla birlikdə 1 otaqlı uçuq bir daxmada yaşayıram.Yəni, 9 nəfərdən ibarət ailənin uzun müddət. Ilin bütün fəsillərində 1 otaqlı uçuq evdə yaşamasının nə demək olduğun izah etməyə ehtiyacı yoxdur. Evimizin yaxınlığında olan kiçik bir torpaq sahəsində dirrik məhsulları, meyvə-tərəvəz əkib birtəhər acından ölməmək üçün yaşayırıq.Evimiz düz kəndimizin girəcəyindədir. Hər dəfə kəndimizə gələn rəhbər qonaqları çalışmışam ki, daxmada yaşadığımız vəziyyəti göstərib bir köməklik etməsini xahiş edim. Bəziləri adamı heç saymır, bəziləri isə yalandan vəd verib, tələsik qapımdan çıxıb gedirlər. Həyat yoldaşım Mehparə də, mən də bu günə kimi bir maaş gələn işdə işləməmişik. Elə bu gün də evimizə bir qara qəpik də girmir. Sağ olsunlar yaxşı qonşuları və xeyirxah insanları. Ailəmin ağır dolanacaq vəziyyətini görüb əl tutan da olur, məsxərəyə qoyub gülənlər də. Bir kəndli olaraq ömür boyu arzusunda olduğum mal-heyvan saxlaya bilməmişəm. Heç tövləm də olmayıb. Amma birtəhər toyuq-cücə saxlaya bilirəm. Mən Salamov Baba Məmmədiyə oğlu 7 uşaq atası kimi iş olanda sevincək gedib kiminsə qapısında nökərlik edirəm ki, axşama evə bir parça çörək aparım. Doğudur, kənddəki evimizdən 20 km kənarda pay torpağımız olsa da imkansızlıqdan gedib gələ, əkib becərə bilmirik. Sadəcə icarəyə verib, hər il 300 manat pul alıram. Vəssəlam. Dəfələrlə evimin otağının genişlənməsi üçün Şəki rayon İcra Hakimiyyətinə ayaq döymüşəm. Dəfələrlə, rayon Məşğulluq İdarəsinə gedib gəlmişəm ki, qoy gəlib öz gözlərilə əvvəlcə görsünlər sonra ünvanlı sosial yardım ayırsınlar. Nəhayət yuxarı orqanlara yazdığım məktuba əssən 2 il əvvəl məni dəvət edib “DOST İş Mərkəzi “ MMC-də ictimai işçi kimi mənimlə əmək müqaviləsi bağlayıb işə götürdülər. Budur, şənbə bazaar bilmədən səhərdən axşama kimi əlimdə lapatka və süpügə kəndin küçəsini körpünün başlanğıcından mərkəz istiqamətində silib süpürürdüm. Hər gün işə səhər saat 6-30 dan başlayırdım. Mən canla başla dövlətin mənə təşkil etdiyi və əlimə aldığım 316 manat əməkhaqqını özümə milyon bilirdim ki, nəhayət evdə uşaqları çörəklə də olsa tam təmin edə bilim. Bütün 10000 nəfər kənd sakini şahiddir ki, mən son 3 ildə necə canla başla işləmişəm ki, evimə haram çörək aprmayım. Mən həm də öz işimdən xüsusi zövq alırdım. Budur, 1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan. 1 həftədir ki, kəndimizin əsas mərkəzi küçəsini mal-heyvan peyini, palçıq basıb. Baxan da yoxdur. Kənd camaatı da mənim işdən azad olunmağıma çox məyus olublar. Amma nə etməli, mən çox kiçik adamam. İndi düşünürəm ki, son ümidim yeri kimi Cənab Prezidentə müraciət edim. Bilirəm ki, o çox xeyirxah insandır. Mən də həmişə hər səsvermədə camaatımızı ona səs verməyə dəvət etmişəm. Və inanmışam ki, bir gün cənab Prezident mənə də köməklik edə bilər. Bəli elə də olmuşdur ki, Şəkidə məni gözləmədiyim halda dəvət edib social işlə təmin etdilər. Heç şirinlik də istəmədilər. Odur ki, Dövlətimizin başçısısından yenə xahiş edirəm ki, mənim 9 nəfərlik ailəmi quru çörəklə dolandırmaq üçün əmək müqaviləmin heç olmasa 1 il artırılmasına, bu mümkün olmadıqda isə işsiz oğlum olan və 36 yaşlı Niyaməddin Baba oğlunun mənim yerimə ictimai işlə təmin olunmasına köməklik göstərilməsi barədə göstəriş verəsiniz...." Geri qayıt |