Əsas Səhifə > Manşet, Güney Press > “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm”
“Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm”Bu gün, 17:21 |
Naxçıvan Muxtar Respublikası (MR), Babək rayonu, Qahab kənd sakini Zamanov Zaman Hacı oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, işdən qanunsuz olaraq çıxarılıb və bunun səbəbini bilmir: “Mən, Zamanov Zaman Hacı oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız. 2014-cü ildən Babək rayonu, Qahab kənd tam orta məktəbində mövsümi ocaqçı işləyirdim. 2024-cü ilin 15 aprelinə kimi işlədim. Həmin illərdə artıq iş saatımın, bayram pullarımın ödənilməməsi ilə bağlı Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən Əmək Müffəttişliyinə müraciət etdim. Mənim müraciətimə əsasən, bu il məni mövsümi ocaqçı kimi işimə qaytarmadılar. Onlardan hansı səbəbə görə işə götürilmədiyimi soruşduqda, heç bir cavab vermədilər. Hətta bildirdilər ki, sizə məlumat vermək məcburiyyətində deyilik. Qeyd edim ki, hal-hazırda 3 qız övladım həmin məktəbdə təhsil alır. Ümumiyyətlə, Qahab kənd tam orta məktəbindəki vəziyyətlə bağlı Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın qəbulunda olmuşam. Fərəh xanım məni video-görüntü vasitəsilə qəbul edib. Bundan əlavə, Fərəh Əliyevaya 27 sentyabrda məktub göndərmişəm. Bir neçə gün əvvəl məktubuma cavab gəlib. Əsas məsələlər kənarda qalıb, deyilir ki, uşaqlarımın dərslərində iştirak etməyinə icazə verilir. Amma bu mənim üçün əsas deyil. İyun ayından bəri məktəbin direktoru yoxdur. Prezident İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı söylədi ki, “mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir”. Buna baxmayaraq, Naxçıvan Təhsil şöbəsi Prezidentin sözünə məhəl qoymur, işçiləri bildiyi kimi işlədir. Ödənişləri də etmir. Haqqımızı tələb etdikdə isə bizi işdən çıxarırlar. Xahiş edirəm dövlət qurumları mənim işimi öz nəzarətinə götürsünlər”. Məsələ ilə bağlı Naxçıvan MR Təshil Nazirliyinin elektron ünvanına sorğu göndərdik. Geri qayıt |