Əsas Səhifə > Manşet, Ölkə > "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!"
"Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!"Bu gün, 09:27 |
"Sən demə, "Naxçıvan dilçilik məktəbi" də var imiş və mən yetim İdris Abbasov da o "dilçilik məktəbi"nin nümayəndəsi imişəm! Belə bir məktəbin varlığından xəbərsiz olan mən necə o məktəbin nümayəndəsi ola bilərəm?!" "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İdris Abbasov ifadə edib. O daha sonra davam edir: "Elm adı altında separatçılığı cücərdən bu zərərli akademik özbaşınalığa, absurdologiyaya və hoqqabazlığa, nəhayət, son qoyulacaqmı?! Mən şəxsən adımın bu başlıq altında təqdim olunmasına etiraz edirəm. Təəssüflər olsun ki, bir düz-əməlli elmi işə qol qoymadınız. İş görəni də gözüm-çıxdıya salıb təzyiq etdiniz. Hələ də bu cür düşünən alimlərlə biz hansı dürüst və mədəni cəmiyyəti qura bilərik?! Hazır materialları toplayıb dövlətin puluna çap et, dövlətə həm maddi, həm elmi, həm də ideoloji yöndən ziyan vur, üstəlik, elmi müdaxiləyə ehtiyacı olmayan nəşrə adını elmi redaktor yaz ki, daha inandırıcı görünsün... Elmi redaktor akademik İsa Həbibbəylinin müşaviri, akademik Möhsün Nağısoyludur. PS. Heç "Dilçilik məktəbi"nin nə olduğunu bilirsiniz?!." Geri qayıt |