Əsas Səhifə > Manşet, Güney Press > Fuad Nəcəflidən QADAĞA
Fuad Nəcəflidən QADAĞABu gün, 15:47 |
Prezidentin Naxçıvandakı xüsusi nümayəndəsi Fuad Nəcəfli yeni qadağa tətbiq edib. Bu barədə "DİA-AZ"a danışan mənbə iddia edir ki, Muxtar Respublika ərazisindən Bakıya poçt vasitəsilə edilən şikayətlər qəti şəkildə dayandırılıb. Mənbənin dediyinə görə, bu gün Naxçıvandan Bakıya yalnız elektron şikayətlər gedə bilər: "Təbii ki, əsas olanı bu olsa da, Prezident Adminitrasiyası və digər bu kimi mühüm dövlət qurumları hələ də yazılı şikayətləri önəmsiyirlər. Buna görə də hansısa saytda və yaxud da KİV-də gedən şikayətlər o qədər də MR rəhbərliyinə təsir etmir. Amma yazılı müraciətlərlə bağlı hesab sorulduğundan bu gün Naxçıvan poçtlarından Bakıya şikayət yollamaq demək olar ki, imkansızdır..." Məsələ diqqətimizdədir... Geri qayıt |