Əsas Səhifə > Manşet, Ölkə > Nöqsanlı işçi NECƏ BAŞ HƏKİM OLUR?
Nöqsanlı işçi NECƏ BAŞ HƏKİM OLUR?12-11-2024, 12:12 |
"Baxın, həkim səhlənkarlığı nəyə gətirib çıxartdı. Pasiyenti müayinə etmədən gözünə dərman tökür, bilə- bilə ki, təzyiq xəstəsidir. İndi də vəziyyət pik həddədir. Gözünə vurulan dərmanın fəsadı anamı insultla üz-üzə qoyub. Birbaşa günahkarlarda Xətai Tibb Mərkəzinin baş həkimi İmmi xanım və orada göz həkimi işləyən, soyadını bilmədiyim Təranə adlı həkimdir..." "DİA-AZ" xatırladır verir ki, bunu bir neçə gün əvvəl öz etirazında jurnalist Azər İsrafilov ifadə edib. YAZISI BURADA: "Artıq yetər savadsız həkimlərin səhvindən əzizlərimizi itirməyimiz..." - ETİRAZ VAR... Qeyd edək ki, narazılıq edən jurnalist sözügedən tibb müəssisəsinin baş həkimi ilə bağlı yeni ilginc faktları açıqlayıb. "DİA-AZ" həmin açıqlamanı təqdim edir: "Kiçik bir xatırlatma verim. İmmi İsmayıl qızı Ələkbərova elə gənc yaşlarından vəzifədə işləyib, hətta 2015-ci ildə Sumqayıt şəhər 2 saylı doğum evinin baş həkimi vəzifəsindən işdə yol verdiyi nöqsanlara görə çıxarılandan sonra da. Belə ki, nöqsanlara görə işdən çıxarılan İmmi xanım elə həmin ildən 2024-cü ilə kimi Suraxanı Tibb Mərkəzinin baş həkimi vəzifəsində çalışıb. Ordan isə birbaşa Xətai Tibb Mərkəzinə baş həkim təyin edilib. Bir dəfə yarıtmaz fəaliyyətinə görə baş həkim vəzifəsindən çıxarılan şəxsi niyə görə yenidən digər bir tibb müəssisəsinə baş həkim təyin ediblər? Yəqin hüquq-mühafizə orqanları Xətai Tibb Mərkəzində baş verən səhlənkarlığı daha ciddi formada araşdıracaq..." Geri qayıt |