Əsas Səhifə > Manşet, Hadisə > Dövlət Məşğulluq Ağentliyi BELƏ İŞLƏYİR...
Dövlət Məşğulluq Ağentliyi BELƏ İŞLƏYİR...12-11-2024, 09:55 |
Şəki rayonunun Çələbixan köçkünlər qəsəbəsində məskünlaşan Əbdül Abdullayev şikayətçi düşüb. "DİA-AZ"ın məlumatına görə, narazı vətəndaş deyir ki, avqust ayında Dövlət Məşğulluq Ağentliyi onlara 21 baş heyvan verib. Bir müddət sonra heyvanlardan ikisi tələf olub. Şikayətçi deyir ki, dərhal nazirliyin nümayəndəsinə müraciət edib və məlum olub ki, heyvanların hamısı xəstədir. Vətəndaş bildirir ki, elə bu səbəbdən heyvanları geri qaytarıblar. Abdullayev iddia edir ki, 3 dəfə heyvanlar dəyişdirilib, hər dəfəsində onlara xəstə heyvanlar veriblər. Ona görə də o heyvanları qəbul etməyib. Şikayətçinin iddiasına görə, nazirlik nümayəndələri heyvanları 80 manata aldıraraq, vətəndaşlara 300 manata qol çəkdirib verirlər. O, aidiyyatı qurumlara müraciət edərək bu məsələni araşdırıb, insanları aldadan nazirlik əməkdaşlarının məsuliyyətə cəlb edilməsini tələb edir. Geri qayıt |