Əsas Səhifə > Manşet, Hadisə > Zaqatala COP29-a belə hazırdır?..

Zaqatala COP29-a belə hazırdır?..


11-11-2024, 09:21
Zaqatala COP29-a belə hazırdır?..
Əslində bu gün ölkəmizdə keçirilən COP29 tədbiri təkcə təntənəsi səbəbindən önəm daşımır, həm də bir dövlət və millət olaraq bizim üçün də bir sınaqdır, desək, yanılmarıq... Amma görünəni odur ki, hər birimiz bu ciddi dönəmin çəkisini gərəkən səviyədə alqılaya bilməmişik.

Elə belələrindən biri də yerli... MİLLİ turizm sektorumuzdur.

Hər halda, sözügedən tədbirlə əlaqədar ölkəmizə gələn qonaqları təkcə paytaxt Bakı ağırlamayacaq, eyni zamanda bölgələrimiz də bu yöndə tədarüklü olmalı idi. Lakin konkret olaraq Zaqataladakı məşhur "EZ hotel-restoran" kompleksi bunlardan uzaqdır. Ən azından özünün şişirdilmiş qiymətləri və keyfiyyətsiz xidmətləri ilə...

Aşağıdakı faktla üz-üzə qalan hansısa əcnəbi turist nədən bir daha Zaqatalaya və ümumiyyətlə, Azərbaycana gəlməlidir ki? Beləliklə...

Zaqatala COP29-a belə hazırdır?..

Ümidə Qəhrəman adlı sosial şəbəkə istifadəçisi yazır:

"Zaqatalada "EZ otel"in səhər yeməyi...

Zaqatala COP29-a belə hazırdır?..

Günü 140 manata olan otelin səhər yeməyi belə olmalı deyil.

Təbii ki qiymət şişirdilib. Xidmət sektorunda özbaşnalıq baş alıb gedir.

Amma əminəm ki, bir gün bunlar haqqında da tədbir görüləcək..."

Geri qayıt